Teref.az olaraq redaksiyamıza ümvanlanmış bu şikayət məktubunu əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə sonra isə içtimaiyyətə təqdim edirik. Bu məcburi köçkünün fəryad dolu məkrubunu sizdə oxuyun:
Hörmətli Cənab yazıb Sizə məlum edirəm ki,mən Zeynalov Vüsal Yahya oğlunun elektron poçt vasitəsilə Sizə ünvanladığım məktublarımın cavabı elektron poçt ünvanıma göndərilmişdir.Bunun üçün Sizlərə öz dərin minnətdarlığımı bildirirəm və təşəkkür edirəm.
Onuda Sizin nəzərinizə çatdırıb və Sizə məlumat vermək isdərdim ki,Bizə ünvanladığınız şikayət məktubumun cavabında qeyd edilmişdir ki,müraciətiniz tam və hərtərəfli araşdırılması üçün ərazi aidiyyati üzrə Tərtər rayon Polis Şöbəsinə və yaxud digər aidiyyati qurumlara göndərilmişdir və müraciətinizin nəticəsi barədə Sizə məlumat veriləcəkdir. Amma çox təssüflər olsun ki, məktubumun cavabı gəlməsindən bir ay ötməsinə baxmayarq qeyd etdiyiniz aidiyyati qurumların heç biri biz ilə maraqlanmırlar.
Hörmətli Cənab bir daha yazıb Sizə məlum edirəm ki, 2017-ci ildə ölkə prezidentinin göstərişi ilə məcburi köçkünlərin yaşayışı üçün Tərtər rayonunun Şıxarx qəsəbəsində 34 yaşayış binası inşa edilmişdir və həmin binalar inşa edilən zamanTərtər rayonunda yerləşən məcburi köçkünlər,həmçinin bizim ailə də Dövlətqaçqınkom tərəfindən qeydiyyata alındı.
2018-ci ilin mart ayında məcburi köçkünlərin yeni binalara köçürülməsi başlandı.Köçürülmə aparılan zaman,mən Bakı şəhərində satıcı qismində işlədiyim üçün həmin gün yəni, məcburi köçkünlərin yeni binalara köçürüldüyü gün Tərtər rayonu Mamırlı kəndi yol kənarında olmadığım səbəbdən bizim ailə köçürülməmişdir.
Onuda Sizin nəzərinizə çatdırmaq isdərdim ki,bizim 4 nəfərlik ailəmizdə,ailə başçısı olaraq anam Zeynalova Maya Firudun qızı gedir.Əlbətdə mən məcburi köçkünlərin yeni binalara köçürülməsindən bir gün sonra həmin ünvana yəni Tərtər rayonu Mamırlı kəndi yol kənarına gəlib çatdım. 2018-ci ilin mart ayından bu günə kimi bizim adımıza olan evi yəni ki, möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə bizə verilən ev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon üzrə olan nümayəndələri Fərhad Nəzərov (050 455 06 86 ) və Tərtər rayonu üzrə olan digər məmurlar Abbas Cavadov(050 449 95 59 ) və Natiq Hüseynov (050 330 99 99) tərəfindən satılmışdır. Qeyd:Tərtər rayon üzrə aidiyyati qurumlar bizə köməklik göstərmədikləri üçün bu məmurların əlaqə nömrələrini bu məktubumda qeyd etdim.
Mənim üçün çox maraqlıdır ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon üzrə olan nümayəndələri olan bu şəxslər kimdirlər axı?Mən başa düşə bilmirəm.Bu şəxs toxunulmaz bir şəxsdir ya Prezident oğludur yaxud Nazir oğludur?Bu şəxs ilə nə üçün ərazi aidiyyati üzrə Tərtər rayon Polis Şöbəsi və yaxud digər aidiyyati qurumlar zəng edib maraqlanmırlar ki,sən nə üçün Dövlətin vətəndaş üçün verdiyi mənzili satıbsan?Nə üçün mənim bu şikayətimi Tərtər rayon Polis Şöbəsi və digər aidiyyati qurumlar tərəfindən araşdırılmır?Başa düşə bilmirəm ki, belə bir məsələni araşdırmamaq bu yəni bir məmurun başqa bir məmura olan hörmətində irəli gəlir yaxud bizim evi satıb bir birlərinə hörmət ediblər? Mənim üçün çox maraqlıdır ki, bu məsələni nə üçün araşdırmırlar?Bəlkə biz yalan deyirik .Axı bizdə bu ölkənin vətəndaşlarıyıq.Vətəndaş ilə belə rəftar edilməlidir?
Bir daha Sizin nəzərinizə çatdırmaq isdərdim ki ,Tərtər rayonu mamırlı kəndi yol kənarında yaşadığım torpaq kərpicdən olan ev uçaraq tam bərbad vəziyyətə düşüb.Hal hazırda bizim ailə, mən Zeynalov Vüsal Yahya oğlu, anam Zeynalova Maya Firudun qızı, həyat yoldaşım Zeynalova Mətanət Arif qızı,qızım Zeynalova Dəniz Vüsal qızı belə bir soyuq havada Tərtər rayonu Mamırlı kəndi yol kənarında qalmışıq.Sizdən bir Azərbaycan oğlu kimi çox xahiş edirəm ki, Bizə Siz köməklik edin.Mənim 84 yaşlı anam və 5 yaşlı balam belə bir soyuq havada yol kənarında yaşayır.Hər dəfə 84 yaşlı anamın və 5 yaşlı balamın gözlərinə baxdıqca içimdə çox vicdan əzabı çəkirəm və dözə bilmirəm.
Bu məmurlar ilə əlaqə saxlayıb ona ciddi göstəriş verməyinizi Siz Cənablardan artıq dərəcədə xahiş edirəm. Öncədən Sizə öz dərin minnətdarlığımı bildirirəm və təşəkkür edirəm.
055 527 -27-21 (Zeynalov Vüsal)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu vətəndaşın səsinə səs verəcəyinə inanırıq!