Şamaxıda seçkinin nəticəsi TAMAMdır? - Rektor deputat “təyin etdirir”?


bitmap-img6


“Şamaxı böyük ziyalılar yetişdirən, Respublikanın ən strateji əhəmiyyətli rayonlarından biridir. İndiyədək bu rayonu Azərbaycan Parlamentində dəyərli şəxslər təmsil ediblər. Bu amil biz Şamaxlıları hər zaman qürurlandırıb, dövlətimizin ətrafında daha sıx birləşməyimizə stimul verib. Səsimizin Milli Məclisdə layiqli insanlar tərəfindən eşidilməsindən hər zaman fərəh hissi keçirmişik. Lakin bu aralar rastlaşdığımız mənzərə bizi çox incidir. Çünki, rayon ictimaiyyəti tərəfindən tamamilə arzuolunmaz bir şəxsin Şamaxıdan deputat seçdirilməsinə cəhdlər var”...


Bu fikirlər Şamaxı rayon ictimaiyyəti adından daxil olan müraciətdə əksini tapır. Qeyd olunur ki, artıq rayon sakinləri arasında ciddi narazılıqlar başlayıb: “Həmin şəxs ümumiyyətlə Şamaxıya aid olmayan, ömründə bir dəfə bu rayona ayağı dəyməyən, üzünü belə görmədiyimiz Tamam Cəfərovadır. Bu şəxs qəfildən ortaya çıxsa da, qısa bir müddət içərisində Kamal Abdullanın dəstəyi ilə imza vərəqələri toplandı və tələm-tələsik namizədliyi qeydə alındı.

Ardınca, yenə rayon Kamal Abdullanın səyləri nəticəsində, Tamam Cəfərovanın yolunu təmizləmək məqsədilə bir sıra namizədlərin namizədliklərini geri götürməyə məcbur etdilər. Namizədliyini geri götürənlərə “mükafatlar” da verilir.

Şamaxı sakinləri daha sonra yazırlar ki, yenə sözügedən namizədin hansısa mərhələdə xeyrinə işləsin deyə, statistik namizədlər ortaya çıxarılıb: “Yuxarıda qeyd etdiyimiz şəxslərin namizədlikləri geri götürüldükdən sonra, 2-3 gün ərzində rayonda tanınmayan 4-5 şəxsinin namizədliyini qeydə alıblar.
Biz dəhşətə gəlirdik ki, nə baş verir? Ömründə buralara hərlənməyən, Dillər Universitetində Təlim-tərbiyə işləri üzrə prorektoru olan bir nəfər üçün niyə əldən-ayaqdan gedirlər? Şamaxıya aidiyyatı oomayan bir insanı niyə ciddi-cəhdlə Milli Məclisə buraxmaq, həm də ona dəxli olmayan bir rayondan deputat seçdirmək istəyirlər?.

Bəlli olur ki, Tamam Cəfərova rektor Kamal Abdullanın ən yaxın adamıdır. Demək, öz yüksək postundan istifadə edən Kamal müəllim öz adamını parlamentə keçirmək istəyir və bunun üçün Şamaxılılara təzyiqlər edir”.

Bununla belə, müraciət müəllifləri Tamam Cəfərova üçün göstərilən çabaların nəticə verməyəcəyinə inanırlar: “Biz rayon sakinləri o adama səs verməməklə, öz mövqeyimizi ortaya qoyacağıq. Və ona da inanırıq ki, ölkə rəhbərliyi, dövlət başçısı hansısa məmurun öz zərərli ambisiyasını həyata keçirməsinə imkan verməyəcək. Bunun üçün cənab Prezidentdən haqq-ədalətin öz yerini tapması üçün müdaxilə etməsini xahiş edirik, istəyimiz odur ki, dövlət başçısı məmurların əl altından göstərdikləri qanunsuz fəaliyyətlə xalqı öz dövlətindən narazı salmalarına imkan verməsin”.

Mənbə:Secki.net
Tarix: 12-01-2020, 23:58
Xəbəri paylaş





Xəbər lenti