YAP Laçından olan namizədinin 7 rəqibi niyə geri çəkilib? - FOTO
121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədliyi təsdiqlənən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, eyni zamanda, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə ilə bağlı MSK-nın rəsmi saytındakı yanlışlıq aradan qaldırılıb.
Mia.az xatırladır ki, MSK-nın saytında Mahir Abbaszadənin deputatlığa namizəd kimi qeydə alındığı bildirilən siyahıda onun adı əvvəlcə "işsiz" kimi göstərilimişdi.
Bu barədə AzFakt.com saytı yanvarın 11-də xəbər yaymışdı.
Həmin xəbərlə aşağıdakı linkdən tanış ola bilərsiniz:
Maraqlıdır ki, bu xəbərdən az sonra MSK-nın saytındakı təqdimatda dəyişiklik edilib və Mahir Abbasszadə daha "İŞSİZ" kimi deyil, "Milli Məclisin deputatı" kimi təqdim edilib.
Məsələnin digər maraqlı tərəfi budur ki, M.Abbaszadə deputat olmaqla yanaşı, digər vəzifə də tutur.
O, 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib və hal-hazırkı günə qədər bu vəzifənin başındadır.
Maraqlıdır, parlamentin erkən buraxılmasına səs verən Mahir Abbaszadənin adının qarşısında "Fond sədri"nin də yazılmaması nə ilə bağlıdır?
Onu da qeyd edək ki, M.Abbaszadənin əvvəldən ümumilikdə 16 rəqibi olub. Lakin indi aydın olur ki, onlardan 7-də seçki yarışından geri çəkilib. Yerdə qalan 9 rəqibinin çoxu isə müəllimdir.
Tarix: 18-01-2020, 20:46