Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsinin rəisi Vüqar Zeynalovdan qeyri-qanuni hərəkət
Bu əməli ilə rəis vəzifə səlahiyyətlərini aşıb, məcburi köçkün ailəsinə ziyan vurub. Ağdamın Qiyaslı kəndindən məcburi köçkün kimi Bərdə beton zavodunda məskunlaşmış Adil Abbasov müharibə iştirakçısıdır. Erməni əsirliyində olarkən sağlamlığını itirib. Ailəsini dolandırmağa özü qazanc gətirə bilməsədə , oğlu Elmir Abbasov zəhmətə qatlaşaraq mal-qara alveri eləyərək ailənin dolanışığını təmin edir. Qida Təhlükəsizliyi Agentliyinin Bərdə rayon şöbəsi isə köçkün ailəsinin gününü qara gətirib. Əvvəlcə, heyvanın satışına yol sənədi- forma 1 versə də Bərdədən Ağcabədiyə aparılmış qara malın kəsilməsindən sonra ətin satışına mane olublar. Bu barədə Elmir Abbasovun atası AQTA –nın Bərdə bölməsinin yaratdığı qanunsuzluqdan danışıb.”Oğlum Elmir Bərdənin mal bazarından bir,iki heyvan alıb,Ağcabədi kəsim məntəqəsinə aparır. Sonuncu dəfə kəsimə heyvan aparanda qanunda nəzərdə tutulduğu kimi AQTA-nın Bərdə bölməsinin rəisi Vüqar Zeynalov olmaqla , agentliyin həkimlərinin iştirakı ilə satışa yararlılığı məqbul hesab edilir deyə , 5.40 manat dövlət rüsumu ödədikdən sonra yol sənədi də verilib. Oğlum şəxsi 02-214 dövlət nişanlı Ford maşını ilə nəzərdə tutulmuş məntəqəyə çatıb. Heyvanlara Ağcabədi kəsim sexində AQTA –nın Bərdə və Ağcabədi bölmə həkimilərinin birgə labatoriya rəyi alınandan sonra yararlılığı təsdiq edilib. Kəsiləndən sonra isə ətə yararlılğa görə möhür vurulub.Pul alarkən gözlənilmədən AQTA-nın Bərdə bölməsinin rəisi Vüqar Zeynalov başının dəstəsi ilə kəsim sexinə gələrək kəsilmiş heyvanın ətinin satışına mane olublar. “ –deyə Adil Abbasov AQTA-nın Bərdə bölməsinin rəisi Vüqar Zeynalovun qanundankənar hərəkətlərə yol verdiyini, vəzifə səlahiyyətlərini aşdığını bildirib.Adil Abbasov bildirib ki, Bərdə və Ağcabədi rayonları AQTA-nın ayrı-ayrı bölmələri olduğundan Vüqar Zeynalovun rəhbəri olduğu ərazidən başqa yerə gedərək, orada zorakılıq eləməsi qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Vüqar Zeynalovun özünün də qanunun bu tələbindən xəbəri var. Bilə-bilə qanunun tələbini pozması isə yuxarıdakı havadarına arxayın olmasıdır. Hətta Vüqar Zeynalov arxayın olduğu AQTA-nın rəisi Qoşqar Təhməzlinin adını belə çəkməkdən çəkinməyib.” Ağcabədi Ucar Regional İdarəsinə daxil edildiyindən həmin təşkilatın nümayəndəsi, rəhbərliyi müvafiq yoxlama, müdaxilə həyata keçirə bilər. Ancaq Bərdə Regional İdarəsinin Ağcabədidəki kəsimə müdaxiləsinə yol verilmir. Belə bir şəraitdə Vüqar Zeynalov kəsim sexində peyda olaraq ətin pulunun alınmasına mane olub. Gecə saat ikinin yarısına kimi oğlum Elmiri dustaq kimi yanında saxlayıb.Özü isti maşında oturub, oğlum isə soyuğun qabağında qalıb. Axırda soyuğa və yorğunluğa dözə bilmədiyində Elmir evə gəlib. Vüqar Zeynalov isə mal sahibinin iştirakı olmadan əti götürüb, müayinə adı ilə naməlum istiqamətə aparıb.”- deyə Adil Abbasov Vüqar Zeynalovun qanunsuz əməlini vurğulayıb.Zərərçəkmiş Adil Abbasov Vüqar Zeynalovdan Bərdədən Ağcabədiyə getməyində qanunsuzluğ olduğunu xatırladanda , vəzifə səlahiyyətlərini aşırsınız deyəndə cavabını da alıb.” Mən nə istəsəm edə bilərəm, icazəm var,hər yerə girməyə ixtiyarım çatır.” Adil Abbasov vurğulayıb ki, Vüqar Zeynalov özünü sıradan məmur kimi deyil, qoçu kimi aparır.Şikayətçi ölkə başçısı cənab prezidentin çıxışlarını xatırladıb. Hansı ki, prezident məmurlara iş adamlarına, sahibkarlara, sadə vətəndaşlara mane olmamağı, kömək eləməyi tapşırıb. Əks təqdirdə belə şəxslərin cəzalandırılacağını bildirib. Buna baxmayaraq Vüqar Zeynalov prezidentin tapşırıq və göstərişini yerinə yetirmək əvəzinə bir parça çörəyə möhtac köçkün ailəsinin dolanışığına mane olmaqla hakimiyyətə qarşı nifrət yaratmağa çalışır.Sonda Adil Abbasov prezidentə müraciət edərək Vüqar Zeynalovun onlara qarşı törətdiyi qanunsuz əmələ son qoyulmasını, onlara dəymiş 1800 manat zərərin ödənilməsini xahiş edib.
Siam.az
Tarix: 18-01-2020, 23:05