Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən şəhid bulağı baxımsız vəziyyətdədir. 

Bu barədə Unikal.org-a rayon sakinləri məlumat veriblər. 


Onlar qeyd ediblər ki, iki şəhidin adını daşıyan bulaq uzun müddətdir bərbad haldadır. Sakinlər Mingəçevir Şəhər İcra Hakimiyyətini məsələdən xəbədar etsələr də, heç bir tədbir görülməyib.