Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov fevralın 9-da keçiriləcək parlament seçkilərinin saxtalaşdrılmasına hazırlıq görür.
Bu haqda “Olaylar” İnforrmasiya Agentliyi də məlumat yayıb. Həmin rayonlarla bağlı olan mənbələrdən verilən məlumatlara görə, Malik İsaqov və Ramiz Həsənov idarə, müəssisə rəhbərlərindən, məktəb direktorlarından hər birinin 10 nəfərin şəxsiyyət vəqisəsini toplamağı və təqdim etməyi tələb edib.
Ramiz Həsənov
Eyni zamanda həmin şəxslərə hədə-qorxu gəlinir, özü və yaxınları Yeni Azərbaycan Partiyasnın namizədinin xeyrinə səs verməyən idarə, müəssisə müdirlərinin, qohum-əqrəbasının işdən çıxarılacağı ilə hədələnirlər.
Malik İsaqov
Məlumdur ki, Prezident İlham Əliyev ötən ilin dekabrında Milli Məclisin 5-ci çağırış tərkibini buraxarkən, parlamentin yenidən daha gənc, enerjili və hazırlıqlı şəxslərdən formalaşmasını nəzərdə tuturdu, Milli Məclisə yeni simaların gəlməsini istəmişdi. Eyni zamanda Prezident seçkilərin tam demokratik keçiirlməsini təmin etmək barədə tapşırıq vermiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və vəzifəli şəxslərinin seçkilərə müdaxilə edcəyi halda ciddi cəzalandırılacaqları barədə xəbərdarlıq etmişdi. Ancaq Qubadlı və Zəngilan rayonları başçılarının seçkilərə yuxarıda qeyd olunan şəkildə müdaxilələri haqqında iddialara inansaq, belə çıxır ki, Malik İsaqov və Ramiz Həsənov Prezident İlham Əliyevin iradəsinə qarşı getmiş olurlar.
Onu da xatırladaq ki, Ramiz Həsənov Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun qardaşıdır. Malik İsaqovun yaxını isə uzun illər Bakı şəhərində Hacıbala Abutalıbovun dövründə əmlak, tikintilərə sərəncam və sair məsələlərlə bağlı “qeyri-rəsmi yığımlara” nəzarət edən şəxs olub (etik mülahizələrdən adını açıqlamırıq).