Taleh Qaraşov "qabaqlayıcı tədbirlərə" başlayıb - İDDİA

          
Taleh Qaraşov "qabaqlayıcı tədbirlərə" başlayıb - İDDİA
Son zamanlar Azərbaycanda icra başçılarının həbs edilməsi, rəhbərlik etdikləri rayonlarda total olaraq korrupsiya faktlarının olması bir sıra korrupsioner başçıları narahat etməyə başlayıb.

Ağstafa və Neftçala rayonlarında icra başçıları ilə yanaşı, təhsil, səhiyyə və digər təşkilat rəhbərlərinin də həbs edilməsindən bəzi başçılar "nəticə çıxarmağa" başlayıblar.

Gundeminfo.az-a daxil olan məluamata əsasən Lənkəran şəhər icra başçısı Taleh Qaraşov, Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovu rüşvətxorluqda ittiham edərək, işdən sərəncamla qovub. Redaksiyamıza daxil olan məlumata əsasən icra başçısı məhz rüşvət faktına görə Aslan İbrahimovu işdən uzaqlaşdırıb. Bildirilir ki, əslində bu başçı ilə təhsil şefi arasında centlmen razılaşması əsasında verilmiş qərardır.


Aslan İbrahimov
Bununla bağlı hətta sosial şəbəkələrdə də məlumat yayılıb. Bildirilir ki, icra başçısı digər korrupsiya faktına görə həbsə atılan başçıların taleyini yaşamamaq üçün öngörmə planlarını işə salıb. Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Tarix: 4-03-2020, 19:37
Xəbəri paylaş





Xəbər lenti