Avropa Parlamenti Azərbaycandakı vəziyyəti müzakirə edəcək
Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsinin 5 dekabr tarixli iclasında "Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər” müzakirə ediləcək.Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnaməsində son bir il ərzində Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə qarşı nəzərəçarpacaq dərəcədə güclənən repressiyaları pisləyib.
Hüquq müdafiəçisi Jalə Bayramova Brüsseldə baş tutacaq iclasda çıxış edərək atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı Komitə üzvlərini məlumatlandıracağını bildirib.
Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluya məktub ünvanlayaraq onu dekabr ayında Saxarov mükafatının təqdimetmə mərasimi üçün Strasburqa dəvət edib.
Tarix: Bu gün, 18:17