- Prezidentin nəzərinə: Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevin topdağıtmaz varidatı

 
Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi korrupsiyada ittiham olunur

İdarəyə ayrılan yanacaq, sement, elektrod və fəhlə ayaqqabıları kim (lər) tərəfindən satılır?


Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli şöbələrində acınacaqlı vəziyyət hökm sürür. Məsul şəxslərin yerində olmaması və ya işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi nəticəsində bir sıra rayonlarda əkin sahələrinin suvarılması ilə bağlı böyük problemlər ortaya çıxıb. Son illər Biləsuvar rayonunda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyin artırılması, şoranlaşmanın qarşısının alınması və təsərrüfatların suvarma suyu ilə təminatının yüksəldilməsi istiqamətində də heç bir iş görülməyib. Bu barədə redaksiyamıza məlumat verən və adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, Biləsuvar Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir: “Hazırda Biləsuvarın əksər kəndlərində əkin sahələri susuzluqdan quruyub məhv olmaqdadır.

Gələn saylarımızda Hesablama Palatasının idarədə apardığı yoxlamaların nəticəsində üzə çıxan şok yeyintilər, Ədalət Babayevin hansı pullarla Almaniya və Türkiyədə istirahət etməsi, həmçinin icra başçısı hansı formada razı salması barədə məlumat verəcəyik. Buyurun, hörmətli Əhməd Əhmədzadə, bu da sizə fakt. İdarə rəisi oliqarxlar səviyyəsində sərvətə sahibdir. Maraqlıdır, görəsən, o bu qədər mal-mülkü aylıq maaşı ilə əldə edib, yoxsa..? Fikrimizcə, aidiyyəti dövlət qurumları Biləsuvar Suvarma Sistemləri İdarəsində yoxlamalara başlasa, bir sıra qaranlıq mətləblərə aydınlıq gətirilə bilər.
/xebernur.info/
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Tarix: 5-03-2020, 20:40
Xəbəri paylaş





Xəbər lenti