Biləsuvarda Zibillik Əlindən Tərpənmək Mümkün Deyil: “Burada Koronavirus Da, Taun Da Olar”

 
Biləsuvar rayon İcra Hakimiyyətinin yaxınlığındakı ərazi zibilliyə çevrilib.
Məsələ illə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
İddia edilir ki, foto Biləsuvarın mərkəzi küçələrindən birində lentə alınıb:
"Bura rayon İcra Hakimiyyətinin 100 metr yaxınlığında yerləşən ərazidir. Ərazinin təmizliyinə baxan yoxdur. Bu zibillikdə "koronavirus” nədir, "taun” xəstəliyi də tüğyan edər. O işıqlı binada əyləşən cənablar küçələrə tökülən zibillərin təmizlənməsinə baxmırlar”.
Məsələ ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən  verilən məlumata görə, sözügedən ərazidə məişət tullantıları yoxdur:
"Rayonda küçələrin təmizliyinə mütəmadi nəzarət olunur. Parkların, mərkəzi küçələrin təmizliyinə xüsusi diqqət yetirilir. Ətraf küçələr də diqqət mərkəzindən kənarda qalmır. Yaşayış massivlərində ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət tullantıları aidiyyəti üzrə təmizlənir. Toplanılan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınır”.
Tarix: 5-03-2020, 22:49
Xəbəri paylaş





Xəbər lenti