Rektorun koronavirusdan qazancı - GDU-da nə baş verir..

 
Aktualxeber.az saytında dərc etdyimiz əvvəlki yazılarımızda dəfələrlə qeyd etdiyimiz kimi, GDU rektoru Yusif Yusibovun qanunsuz əməlləri əsla səngimir. Rektorun və tərəfdarlarının rüşvəti artırmaq üçün göstərdiyi canfəşanlıq miqyasını gündən-günə daha da artırır, ən başlıcası isə universitetdə bunun üçün hər gün məharətlə yeni-yeni “planlar işlənib hazırlanır”.
Gəncə Dövlət Universitetinin rektoru Y.Yusibovun əlaltıları, onun rüşvət toplama mexanizmini uğurla icra etmək üçün əldən-ayaqdan gedən əsl yusibovçu dekan və şöbə müdirlərinin bu dəfə də necə deyərlər, “bəxti gətirdi”. Belə ki, universitetin buraxılış kurs tələbələrinin, eyni zamanda magistrantların pedaqoji təcrübələrinə fevral ayının 16-dan start verilmişdir. Qəribədir, təcrübənin başlanması prosesində tələbələrdən daha çox dekan və şöbə müdirlərinin “fəallığı” nəzərə çarpdı. Tələbələrin 3 ay davam edəcək təcrübədən yayınmasına şərait yaradacaqları təqdirdə valideynlərdən yüksək məbləğdə, daha dəqiq desək, 450-500 manat civarında rüşvət alan və universitetdə ənənəvi hal almış bu oyunu uğurla başa vuran yusibovçular bu dəfə də qazanan tərəf oldular. Belə ki, şəhərin ümumtəhsil məktəblərində və universitetdə pedaqoji təcrübə heç iki həftə deyildi ki, başlamışdı, koronavirus təhlükəsi səbəbindən dərslər müvəqqəti olaraq martın 3-dən 10-dək dayandırıldı. Bu virus təhlükəsi ilə bağlı tətil müddətinin uzadılmasının istisna olunmadığını, ali və orta məktəblərdə dərs prosesinə qeyri-müəyyən müddətə fasilə verildiyini nəzərə alsaq, aydın görünür ki, yenə də rektor Yusibovun rüşvətxor komandası planlarını müvəffəqiyyətlə icra edə bildilər. Beləcə az qala bir aylıq bir dönəmdə təcrübə prosesindən kənarda qalan tələbələr və onların valideynləri onsuz da dərslər məktəblərdə dayandırıldığı halda, pedaqoji təcrübənin davam etdirilməsinin mümkünsüzlüyü şəraitində Yusibovun saxtakar havadarlarının çirkin rüşvət oyunun müti qurbanlarına çevrildilər. Koronavirus təhlükəsi ilə əlaqədar təşvişdən belə yararlanan tərəf Yusibov və komandası oldu. Təhsil nazirinin “dayı” dediyi, Maliyyə nazirliyinin aparat rəhbəri olan qardaşı Cavanşir Yusibovun havadarlığı ilə universiteti qazanc mənbəyinə, ailə podratına çevirmiş Yusif Yusibova və tərəfdarlarına bu dəfə rüşvət yığımını əla formada icra etmək üçün nə qədər qəribə səslənsə də, koronavirus panikası kömək oldu.

Gəncə Dövlət Universitetində baş alıb gedən kütləvi qanun pozuntuları və yüksək həddə çatmış rüşvətxorluq faktlarına qarşı cavabdeh olan qurumların, xüsusən universitetdə yaşanan biabırçılıqlar barədə işıqlandırdığımız məsələlər qarşılığında israrla susan Təhsil Nazirliyinin mövqeyini dinləməyə hazırıq.aktualxeber.az/
Tarix: 7-03-2020, 11:04
Xəbəri paylaş





Xəbər lenti