"Həkim qəbuluna düşmək üçün saatlarla gözləməli oluruq"
Mingəçevir Şəhəri Mərkəzi Xəstəxanasında növbə gözləyən xəstələrlə həkimlər arasında qarşıdurma yaşanıb. AYNA xəbər verir ki, xəstələr mərkəzi xəstəxanın fəaliyyətindən narazı olduqlarını bildiriblər.
Şikayətçilərin sözlərinə görə, xəstəxanada aldıqları növbəyə görə, saatlarla gözləməli olurlar: "Həkim qəbuluna düşmək üçün saatlarla gözləməli oluruq. Lakin həkim qəbuluna düşəndən sonra bizi analizə göndərirlər ki, o da saatlarla çəkir. Sonda isə gec olduğunu deyib sabah gəlməyimizi istəyirlər. Beləliklə, günümüz xəstəxanada keçsə də, müalicə ala bilmirik".
Şikayətçiləri bildiriblər ki, onlar bəzi rayonlarda tibbi xidmətlərin bir çoxu olmadığı üçün həmin xəstəxanaya getməyə məcbur olurlar: "Mingəçevir mərkəzi xəstəxanası həm də bir neçə qonşu rayonu əhatə edir. Çünki bəzi rayonlarda tibbi xidmətlər yerincə olmadığı üçün bu xəstəxanaya gəlməyə məcbur oluruq. Burada isə başımıza belə oyun açırlar".
"Bir yandan xəstəxananın həyətində dayanan dilənçilərin hamıdan yaxınlaşıb pul istəməsi, bir yandan havalanma sistemi olmadığı üçün pis qoxuların biri-birinə qarışması, bir yandan da kəskin pinivmaniyadan əziyyət çəkən uşaqların ürəkağrıdan mənzərəsi bizi bura gəlməyə peşiman edir", - deyə narazı vətəndaşlar gileyləniblər.