BİLƏSUVARDA İCRA BAŞÇISI MAHİR QULİYEVİN ÖZBAŞINALIĞI DAVAM EDİR !!!

   

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcərdə anadan olub. M.Quliyev biləsuvarlılara 26 aprel 2011-ci ildən zülm edir. Biləsuvar rayonunun su və kanalizasiya çəkilişi yəqinki heç kimin yadından çıxmayıb . Rayonun küçələri 2011-ci ildə qazılıb toküldü və 2017-ci ilə qədər bərpa olunmadı. Rayonun giriş yolunun Bəydili və Xarmandalı kəndlərindən keçən hissəsi illərlə bağlı qaldı.
İndidə M. Quliyevin Biləsuvardakı "təmir" işlərindən bir-iki kəlmə yazım.
Biləsuvar şəhər Nizami Gəncəvi adına orta məktəbi əsaslı təmir elətdirib. Məktəbin yolkənarı həyətyanı hissələri ticarət obyektlərinə satılıb. Məktəbin tikintisinə 40000 ədəd kubik, mişar daşı alınıb.
Biləsuvarın Mərkəzi xəstəxanası əsaslı "təmir" olunub. Və bu iki obyektdən sökülən və iki obyekt üçün alınan yeni tikinti materialları Mahir müəllimin Nəsimi kəndi ərazisində şəxsən tildirdiyi "Yaşıl ada" adlı Aqroparkın tikintisinə yönləndirilir. Bu aqroparkın tikintisində Biləsuvar rayon büdcə təşkilatları, xəstəxana işçiləri və digər işçilər fəhlə qismində işlədilir. Şübhəsiz ki pulsuz, yəni qul kimi. Hətta 2018-ci ildə bu işçiləri işə aparakən Mersedes Vito markalı mikroavtobus qəza törədir. Mikroavtobus işçilərlə birlikdə şor kollektoruna düşür. İşçilərdən xəsarət alan olsada, Mahir müəllim onları müalicə etdirmir. YouTubedə bu avtoqəzanın videosu olmalıdır. Aqropark hazır olandan sonra naxçıvanlılara satılır.
Bundan əlavə M.Quliyev Biləsuvar ərazisində "Lerik qışlağı" adlanan sahədə Lerik rayon sakini Dadaş Dadaşovun tam qanuni sənədi olan heyvandarlıq fermasını zor gücünə əlindən alır. D.Dadaşovun özünü və həm çobanı, həm də kürəkəni olan Şərafət Cəfərovu möhkəm döydürür. Mahir Quliyev bu fermanı Böhran adlı bir şərikinə verir. Həmin Böhran N. Gəncəvi adına məktəbin və Biləsuvar Mərkəzi xəstəxanasının təmirindən sökülən və təmir üçün alınan inşaat materialları hesabına bu fermada iki mərtəbəli ev tikdirir. Həmin ferma da indi icarədədir .
Bunlardan əlavə Biləsuvarda Kommunal Təsərüfatlar idarəsi var. Bu idarənin rəhbəri Xalidə xanımdır. M. Quliyev bu idarəyə onlarla işçi adı yazdırıb və əmək haqqı kartları Mahir müəllimin cibindədir .
Əlavə olaraq onuda qeyd edim ki, M.Quliyev Biləsuvarın idarə və təşkilatlarından aylıq və ya rüblük hesab alır.
Biləsuvarın İmişli və İran sərhəddində 1500 hektar əkin sahəsi alıb. Orada pambıq və taxıl əkdirir. Bu sahələr suvarılanda sıravi biləsuvarlıların əkin sahəsinə su verilmir . Bütün su motorları başçının sahəsi üçün işləyir. Bu əkin sahələrində işləyən suçuların və işçilərin 2018-ci ildə suvardıqları suyun əmək haqqısı hələdə verilməyib. Bu barədə 2-3 ay əvvəl bir status yazmışam.
Bu 1500 hektarlıq əkin sahəsinin kənarında 2 mərtəbəli bir ev tikdirib.
Cənab Mahir müəllim tikdirdiyi bu evin materialını da Biləsuvarda fəaliyyət göstərən tikinti materialları dükanlarına ödətdirib .
Fevralın 9-da keçirilən Parlament seçkilərinədə baçşı bir başa müdaxilə etdi. İdarə, müəssisə və məktəb rəhbərlərinə şəxsən tapşırıb ki , özünüz və işçiləriniz ailəsi ilə birlikdə mən deyən adama səs verməlisiniz. Yoxsa qıraram hamınızı.
Bələdiyyə sədrləri də başçıya aylıq hesab verməlidirlər. Etiraz edib istefa vermək istəyənləri də həbs elətdirərəm deyib, onun üçün işləməyə məcbur edir ...
Bu günlük bu qədər, davamı olacaq ...

Ziya Ibrahimov  

 http://xeberfakt.az/gundem/25963-bilesuvarda-icra-bashchisi-mahir-quliyevin-ozbashinaligi-davam-edir-.html?fbclid=IwAR2ZlD-TwvyGUSH85xeY93d0M4qSbaAuO3KrPJG6osXIvKAtzaYeeSOzwTs
Tarix: 15-03-2020, 00:27
Xəbəri paylaş





Xəbər lenti