Yevlax sakinləri 10 gündür içməli suya həsrət qalıblar – VİDEO


Yevlax sakinləri 10 gündür içməli suya həsrət qalıblar –         VİDEO
Burda yaşayanlar bildirir ki, su motorları işləsə də, evlərə su qalxmır
 
Aran bölgəsinin yayı isti keçən rayonlarından biri də Yevlaxdır. Burda son günlər temperatur 35-40 dərəcəyə çatır. Belə isti havalarda su probleminin olması isə daha çətin vəziyyət yaradır.
 
AYNA “Baku” TV-yə istinadən bildirir ki, şəhərin Cəfər Cabbarlı küçəsində sakinlər 10 günə yaxındır ki, içməli su üzünə həsrət qalıblar.
 
Burda yaşayanlar bildirir ki, su motorları işləsə də, evlərə su qalxmır. Sakinlər suyu ya pulla almalı, ya da bir neçə yüz metr məsafə qət edib xüsusi qablarda daşımalı olurlar.
 

Tarix: 30-06-2021, 09:28
Xəbəri paylaş





Xəbər lenti