Qarabağ qazisinin tikdirdiyi obyekti dağıdan İcra Hakimiyyəti...


Qarabağ qazisinin tikdirdiyi obyektin dağıdılmasına İcra Hakimiyyətindən reaksiyaYevlax rayonu İcra Hakimiyyəti

Yevlaxda Qarabağ qazisinin tikdirdiyi obyekti icra hakimiyyətinin nümayəndələri dağıdıb. Xəbər saytıarında Yevlax rayon Xaldan qəsəbə sakini, 3-cü qrup Qarabağ əlili,qazi Elburus Xəlilov Ağakişi oğlunun tikdirdiyi obyektin icra hakimiyyətinin nümayəndələri tərəfindən qanunsuz olaraq söküldüyü ilə bağlı məlumat dərc olunub.

Məsələ ilə bağlı İcra Hakimiyyətindən Bizimyol.infoya açıqlama verilərək bildirilib ki, Yevlax rayonunun Quşçu kənd sakini, Qarabağ müharibəsi veteranı Elbrus Xəlilov Xaldan kəndi ərazisində qanunsuz tikinti aparmışdır, onun apardığı tikinti qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır.
“Ona izah edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Xaldan bələdiyyəsinin müraciəti əsasında həmin ərazinin yerquruluşu planı hazırlanmışdır, növbəti mərhələdə qanunamüvafiq olaraq sənədlər hazırlanmalı və ilk öncə bələdiyyənin mülkiyyəti tanınmalıdır. Mülkiyyət tanındıqdan sonra ərazi hərrac və müsabiqə yolu ilə satışa çıxarıla bilər. Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikəcəyi obyektin layihəsinə uyğunluq rəyi almalıdır. Qeyd edilən rəy alındıqdan sonra tikinti aparıla bilər.
Həmçinin bildirmək istəyirik ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xüsusi rəyinə vətəndaşın iddia etdiyi ərazi ümumi istifadədə olan ərazi kimi göstərilmişdir. Ümumi istifadədə olan torpaq sahəsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən uyğunluq rəyinin verilməsi mümkün deyildir. Məlum edirik ki, Torpaq qanunvericiliyinin müddəalarına uyğun olaraq ümumi istifadədə olan torpaqlar mülkiyyətə verilə bilməz.Yalnız qısa müddətə mövsümi xarakterli icarəyə verilə bilər.
Elbrus Xəlilov dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, ona proses ətraflı izah edilmişdir. Bütün izahatlara baxmayaraq Elbrus Xəlilov deyilənlərə əməl etməmiş, gizli şəkildə gecə vaxtı tikinitini həyata keçirmişdir. Tikintinin qarşısı alınarkən isə özünün Qarabağ müharibəsi veteranı statusundan istifadə edərək qanunusuz olaraq tikintinin davam etdirməsi üçün icazə tələb etmişdir. Qanunsuz tikintinin qarşısı alınarkən isə Yevlax Şəhər İcra Hakimiyyəti və Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına şər-böhtan atmağa başlamış, müxtəlif sosial şəbəkələrdə çıxışlar etmişdir”.
Tarix: 23-10-2021, 15:05
Xəbəri paylaş





Xəbər lenti