Göyçayın icra başçısı haqda ŞOK İDDİA - şəhidlərin uyuduğu yerdə əyləncə mərkəz tikir

 


Göyçayın icra başçısı haqda ŞOK İDDİA - şəhidlərin uyuduğu yerdə əyləncə mərkəz tikir
Göyçayda Əli Kərim adına parkda özbaşına tikintilərlə bağlı çsakinlərin oxsaylı şikayətlərinə baxmayaraq, yenə də bu qanunsuzluqlar davam edir.
Reportyor.info məlumat verir ki, bir neçə ay bundan öncə parkdakı ağacların quruması və qanunsuz tikili olan obyektlərlə bağlı olaraq aidiyyatı üzrə qurumlara müraciətlər edilib.



Müraciətlərə cavab olaraq parkdakı tikililərin qeyri-qanuni olduğu aşkara çıxıb və araşdırılmasi üzrə Daxili İşlər Nazirliyinə göndərilib.
Buna baxmayaraq yenidən tikintilərə icazə verilir və buna göz yumulur. Əlbəttə, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin gözündən iraq bir daşı daş üstünə qoymaq olmaz. Deməli, icra başçısı özü parkda bu cür tikintilərə rəvac verir.
Tikintinin gedişatından görünür ki, burada uşaq əyləncə mərkəzi nəzərdə tutulub. Amma parkın o bir tərəfində arzuları nakam qalmış şəhidlərimiz uyuyur.
Sakinlər deyirlər ki, Vətən uğrunda canlarını qurban edən şəhidlərimizin ruhunu incidəcək əyləncə mərkəzi burda tikilməməlidir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Araşdırma aparılıb və qazılmış quyuların bir hissəsi doldurulub, tikinti aparanlar cərimələnib. Amma cərimənin kimə tətbiq olunduğu bilinmir və yenə özbaşınalıq davam edir.


Tarix: 27-10-2021, 15:17
Xəbəri paylaş





Xəbər lenti