Beyləqanın icra başçısı Asif Ağayev şəhid ailəsinə bir qarış torpaq vermir


        

Beyləqanın icra başçısı Asif Ağayev şəhid ailəsinə bir qarış torpaq vermir, fərarilərə isə torpaq satır
Asif Ağayev Şamaxıdakı milyonluq iqamətgahını hansı pulla tikdirib ?

Asif Ağayev Pirquluda oliqarx məmurlardan nə qədər qazanıb ?

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin bu günkü əməllərinə keçməmiş, onun keçmişinə qısa bir nəzər salaq.
Deməli, Asif Ağayev 1961-ci ildə Sabirabadda anadan olub, 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib, uzun müddət tikinti sahəsində çalışıb,
SOKAR-ın (ARDNŞ ) "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini olub.
Və 2013-cü ildə Şamaxıya icra başçısı təyin olunub.
Yəni bəlli oldu ki, Asif Ağayev HARADAN gəlib icra başçısı olub.
Asif Ağayev 2013-2018- cillərdə Şamaxıda icra başçısı olarkən, ancaq torpaq paylamaqla yadda qalıb.
Belə ki, hamıya məlumdur ki, Bakıdakı oliqarx-məmurlar əsasən Şamaxının Pirqulu, Nağaraxana, Çuxuryurd kimi bahalı torpaqlarını zəbt edərək, özləri üçün villa, mülk tikdiriblər.
Bütün bunları məmurlara qanunsuz verən icra başçısı Asif Ağayev olub.
Bəli, Asif Ağayevin Nağaraxana kəndindəki dəbdəbəli sarayının qiyməti bir neçə milyondur.
Təsəvvür edirsiniz, bu adam o qədər həddini aşıb ki, özünə rezidensiya-iqamətgah tikdirib.
Adama deyərlər ki, sən kimsən, nəçisən ki, iqamətgah tikdirisən ?
Bu adam özü üçün şəxsi aşpaz saxlayır və sonradan həmin aşpazı komendant təyin edib.
Cənab Prezident İlham Əliyev dəfələrlə məmurlara dəbdəbəli həyatdan uzaq olmağa, təvazökarlığa, xalqa xidmət etməyə dəvət etsə də, Asif Ağayev kimi məmurlar dövlət başçısının sözlərinə əhəmiyyət verməyib.

Asif Ağayev Şamaxıda icra başçısı olduğu dönəmdə özünə əməlli-başlı biznes şəbəkəsi qurub, oğluna 250 min manata xarici avtomobil alıb, Şamaxının “Nənə bulağı” kimi məşhir ərazisinin ətrafında 100 hektar torpağı ələ keçirib.
Deyilənə görə, bu adam kəndliləri aldadaraq onların torpaqlarını ucuz qiymətə, saxta sənədlərlə ələ keçirib və sonra dəfələrlə baha qiymətə Bakıdakı məmurlara satıb. (bunu biz demirik, camaat deyir)
Bu gün Şamaxının yerli sakinləri özlərinə əkin-biçin üçün torpaq tapa bilmirlər.
Asif Ağayevin təkcə Şamaxıda Qızılmeydan deyilən yerdə 3 hektar torpağı var.
Bu siyahını sonsuza qədər uzatmaq olar.
Nə isə, özünü Şamaxının “padşahı” hesab edən Asif Ağayev 2018-ci ildə Şamaxının icra başçısı vəzifəsindən azad ediləndə hamı düşündü ki, layiq olduğu cəzanı alacaq. Amma...
Əmması odur ki, 3 gün sonra Allah qoymasa Asif Ağayev Beyləqana icra başçısı təyin olundu.
O gündən, Beyləqanın qara günləri başladı.
Beyləqana gəldiyi ilk gündən Asif Ağayev rayon mərkəzinin abadlaşdırlıması adı ilə dövlətin ayırdığı külli miqdarda vəsaiti mənimsəyib. İcra hakimiyyətinin elan etdiyi tenderləri ancaq öz dostlarına hədiyyə edərək “otkat”ını alır.
Görün şəhid ailəsi Beyləqanın icra başçısının əməllərindən nələr yazır.
Şikayətçi xanım bildirir ki, həyat yoldaşım və qayınım Qarabağ uğrunda döyüşüblər və qayınım şəhid olub.
Hazırda iki qayınım döyüş bölgəsindədir.
İcra başçısı Asif Ağayev bizim ailəyə 5 metr torpaq sahəsi vermir, amma müharibədə qaçıb gizlənənlərin, fərarilərin ailələrinə torpaq satır.
Şəhid ailəsi bildirir ki, Asif Ağayev vaxtilə rüşvətə görə işdən azad olunmuş şəxsləri yenidən vəzifəyə götürür, ordudan yayınan, hətta diplomu saxta olan şəxslərə vəzifə verir.
İcra başçısı rayon mərkəzinin asfaltını o qədər nazik edib ki, asfaltın üstündə ot bitib. Çünki icra başçısı yola ayrılan pulları mənimsəyib.
Belə şikayətlərin sayı bir deyil, beş deyil...
Hamısı da sonda cənab Prezident İlham Əliyevdən və Birinci Vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirlər.
Yəqin ki, Asif Ağayev içəridəki dostları-kolleqaları üçün darıxıb.
Qəzan mübarək, Asif Ağayev.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
gundelik baki.com
Tarix: 25-11-2021, 10:37
Xəbəri paylaş





Xəbər lenti