Şıxarx məktəbinə heç bir hücum olmayıb-RƏSMİ


Tərtər rayon icra hakimiyyətindən Siam.az-a verilən məlumatda deyilir:

10 dekabr 2021-ci il tarixdə bəzi saytlarda Tərtər rayonun Şıxarx 2 saylı tam orta məktəbinə kənar şəxslər tərəfindən hücum olunması ilə bağlı xəbərlər verilmişdir. Dərc olunan xəbərlərlə bağlı bildiririk ki, Vətən müharibəsi dövründə evləri dağılan bir qrup məcburi köçkün ailəsi evlərinin təmiri başa çatmadığı üçün hələ də rayonunun Şıxarx 2 saylı tam orta məktəbində yaşayırlar. Məktəbə kənar şəxslər tərəfindən heç bir hücum olmayıb.
Tarix: 10-12-2021, 16:59
Xəbəri paylaş





Xəbər lenti