Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Lənkəranın Cil kəndindəki evini sökdürüb.
Demokrat-ın əldə etdiyi məlumata görə, Allahşükür Paşazadə illər əvvəl doğulub boya-başa çatdığı ata həyətində qardaşı, deputat Cavanşir Paşazadə və özü üçün ayrı-ayrılıqda 3 mərtəbəli yaşayış evi tikdirib.Müasir üslübda tikilən evlərin biri, yəni şeyxülislamın 3 mərtəbəli binası bu ilin sentyabr ayında sökülüb. Şeyxdən evinin sökülməməsini və onun ərazidə yaşayan, lakin evsiz olan ailələrə bağışlanmasını kənd camaatı nə qədər israr etsələr də bu baş tutmayıb.Ev sökülüb və heç bir daş parçası da sözügedən sakinlərə verilməyib. Kənd sakinlərinin dediyinə görə, sözügedən evin qalıqları Lənkəran şəhəri Sütəmurdov qəsəbəsində şeyxin yeni tikdirdiyi villasına aparılıb.
Məsələ ilə bağlı deputat Cavanşir Paşazadə ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.