Tərtərdə icra başçısı vətəndaşları qəbul edib

Tərtərdə icra başçısı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.

Siam.az xəbər verir ki, şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Digər vətəndaşlar növbəlilik əsasında qəbul ediliblər. Onlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürmək, işlə təmin olunmaları ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Rayon sakinləri əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtərdə icra başçısı vətəndaşları qəbul edib
Tərtərdə icra başçısı vətəndaşları qəbul edib
Tərtərdə icra başçısı vətəndaşları qəbul edib
Tərtərdə icra başçısı vətəndaşları qəbul edib

Tarix: 21-12-2021, 16:39
Xəbəri paylaş





Xəbər lenti