Ucar "HƏRBİ KOMİSSARI" narazılıq yaradır - Prezidentə müraciət olundu


Ucar rayonu Təzə Şilyan kənd sakini Abdullayev Mirdamət Balakişi oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a göndərilən müraciətdə narazı vətəndaş yazır:

"Azərbaycan Respublikasınının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlət idarəsini şəxsi ofisi döndərib.
Belə ki, 2002-ci il tarixdə anadan olmuş oğlum Rüstəm Abdullayev ciddi xəstədir o ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir.Buna baxmayaraq istənilən pulu verə bilmədiyim üçün Ucar rayon hərbi komissarı Ceyhun Əliyev qanunsuz olarq onu hərbi xidmətə aparmaq istəyir.
Oğlum Rüstəmi 1 il əvvəl həqiqi hərbi xidmətə aparmadılar xəstəliyinə görə möhlət hüququ verildi.Bu müddət ərzində o müayinə və müalicələr alsada sağalmadı. Hətda müalicə həkimi bildirir ki, Rüstəm ciddi xəstədir ürək xəstəliyinə görə ona hərbi xidmət keçmək olmaz.
Ancaq buna baxmayarq Ucar rayon hərbi komissarı Ceyhun Əliyev xəstə oğlumu qanunsuz olaraq hərbi xidmətə aparmaq istəyir.Artıq Rüstəmə çağırş vərəqidə verilib ki, 05 yanvar 2022-ci il tarixdə hərbi komissarlıqda olsun.
Qeyd edim ki, Ceyhun Əliyev Ucar rayon hərbi komissarlığına rəis vəzifəsinə təyin olunandan sonra orada rüşvət tüğyan edir.Sağlam insanlar rüşvət müqabilində hərbidən yayındırılır, mənim kimi pulu olmayanların xəstə övladları onların əvəzinə hərbi xidmətə zorla qanunsuz aparılır.Həttda təkrar tibbi müayindən keçmək üçün vətəndaşlardan 500 manat rüşvət alınır, ölkədən xaricə olanlar qanunsuz olaraq saxtakarlıq yolu ilə müayinədən keçirilirlər.Bu saxtakarlığı isə hərbi komissar Ceyhun Əliyev 2000 manat rüşvət alıb edir.Bu korrupsiya cinayətini isə aşkar etmək sadə və çox asandır.
Bizim dövlətə sağlam əsgər , Ceyhun Əliyevə isə pul lazımdır.Mənim oğlum Rüstəm xəstə olduğu üçün orduya yaramadığı kimi, Ceyhun Əliyev isə korrupsiyaya qurşandığı üçün rəhbər vəzifəyə yaramır.
Mənim oğlum Rüstəm əgər hərbi xidmətə aparılacaqsa o sağ qalmayacaq hər an ölə bilər.Buna görə mənim oğlum Rüstəmə həqiqi hərbi xidmətə aparılmasından möhlət verilməlidir ki, müalicə olunsun.
Hörmətli Prezident, hörmətli Arzu Rəhimov, xahiş edirəm istdiyi pulu verə bilmıdiyim üçün xəstə övladımı zorla qanunsuz hərbi xidmətə aparmaq istəyən Ucar rayon hərbi komissarı Ceyhun Əliyevin barəsidnə ciddi tədbirlər görəsiniz və xəstə oğlumun hərbi xidmətə aparılmasına möhlət hüququ verəsiniz ki, müalicə olunsun".

İddia olunanlarla bağlı Siam.az  olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Tarix: 27-12-2021, 08:45
Xəbəri paylaş





Xəbər lenti