Tərtərdə yürüş keçirilib


Tərtərdə yürüş keçirilib.

Siam.az xəbər verir ki, yürüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları, minlərlə tərtərli iştirak edib.

Yürüş iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.

Bayraq Meydanından başlayan yürüş “Şəhidlər” abidə kompleksinə qədər davam edib.

Sonra “Şəhidlər” abidə kompleksinin qarşısında tədbir keçirilib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, abidənin önünə tər gül dəstələri düzülərək Şəhidlərin ruhlarına dualar oxunub.
Tarix: 30-12-2021, 16:48
Xəbəri paylaş





Xəbər lenti