Qax Rayon Mərkəzi Xəstəxanasında nə baş verir?
"Qax Rayon Mərkəzi Xəstəxanasında qəribə vəziyyət yaranıb. Qəbulda şəxsiyyət vəsiqəsini təqdim edirsən və deyirsən ki, filan həkimin qəbuluna düşmək istəyirəm. Orada sənəd yazılır və deyirlər ki, çıx filan otaqdakı tibb işçisinə imzalat ki, dediyin həkimin qəbuluna gedəsən. Sənədi imzalayası xanım tibb işçiləri isə dirəşir ki, özüm müayinə edib resept yazacam. Məqsəd də odur ki, öz adında daha çox pasiyent olsun və maaşı çox alsın"Pravda.az-ın xəbərinə görə, bunu jurnalist İbrahim Kamiloğlu bildirib.
İ.Kamiloğlu qeyd edib ki, pasiyent özünün istədiyi həkimin qəbulunu tələb etdikdə dalaşıb geri göndərirlər: "Nəticədə də pasiyent istədiyi həkimin qəbuluna düşə bilmədən geri qayıdır. Əsas şikayətlər də Hicran və Sevil adlı tibb işçilərindəndir. İndi kimsə çıxıb deyər ki, "Əsassız iddiadır". Xeyr, son 15 gündə öz yaxınlarımdan da 3 nəfərin başına gəlib".
Tarix: 1-01-2022, 20:55