TOVUZDA NƏSRƏDDIN ASLANOV ADLI «YEZID» PEYDAH OLUB — VİDEO/FAKT
Turantv.az:-Məlumdur ki, ölkəmizdə su təsərrüfatı əsas strateji sahələrdən biri hesab olunur və belə bir səbəbdən də, son illər bu sahəni daha da inkişaf etdirmək, əmələ gələn problemləri aradan qaldırmaq qarşımızda duran əsas vəzifələrdən birinə çevrilib.
Faktdır ki, yaşadığımız ictimai həyatın bir sahəsi olan su təsərrüfatını inkişaf etdirmədən nə ərzaq bolluğuna nail ola bilərik, nə də ki, həlli vacib olan problemləri aradan qaldıra bilərik. O halın varlığına diqqət yetirək ki, 2019-2024-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatını dolğun şəkildə ödəməkdən ibarətdir. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti də, məhz bu sahənin inkişafına yönəldilir. Ümumiyyətlə, su insan həyatında əvəzolunmaz nemət olmaqla bərabər, həm də ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas faktorlardan biridir. Bir sözlə, su təsərrüfatının inkişafı ictimai əhəmiyyət kəsb etdiyindən ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların iş fəaliyyətləri haqda lazımi məlumatları əldə etməyi hər zaman özümüz üçün borc bilmişik. Hətta elə hallar olub ki, respublikamızın bəzi şəhər və rayonlarında olmuşuq, mövcud vəziyyət haqda doğru-dürüst məlumatları əldə etməyə də çalışmışıq. Bugünlərdə Dəryaz qəzetinin əməkdaşları Tovuz rayonunda olarkən, bir neçə nəfər yerli sakinlərin haqlı narazılıqları ilə üz-üzə qaldıq. Elə ki, problemin mahiyyəti ilə yaxından maraqlandıq, o halda bəlli oldu ki, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz Suvarma Sistemləri İdarəsinin əməkdaşları Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsi, ev-13 ünvanında yaşayan Əsgərov Şahin Kərəm oğlunu suvarma suyu ilə “imtahana çəkirlər”. Çünki, adı çəkilən bu şəxs redaksiyamıza çatdırdığı video-müraciətində qeyd edir: “Bizim ailə üzvlərinin 1ha.78 sot torpaq sahəsi var və həmin torpaq sahəsinə yonca əkmişik. Yay aylarından indiyə kimi Nəsrəddin Aslanovun rəisi olduğu Tovuz SSİ-nin əməkdaşları bizi suvarma suyuna həsrət qoyublar. Elə ki, yonca əkdiyimiz və hal-hazırda istifadəmizdə olan torpaq sahəsini suvarmaq üçün bu idarənin rəhbər şəxslərinə müraciət edirik, o halda onlar “Hələ sizə su verə bilmərik” deyə cavab verirlər. Bəli, həqiqətən də bu belə olur. Çünki, suvarma suyunun verilməsinə cavabdehlik daşıyan şəxslər idarə rəisinin verdiyi tapşırıqlar əsasında hərəkət edirlər. Yəni, kim daha çox pul verirsə, suvarma suyunu həmin şəxslərə verirlər. Bir sözlə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşlarını imkansız ailələrin, o cümlədən bizim ailənin taleyi düşündürmür, onları daha çox pul əldə etməyin yolları düşündürür. Qeyd edim ki, bizə məxsus yonca sahəsinin sağ və sol hissələrində ayrı-ayrı şəxslərə məxsus taxıl sahələri var. SSİ-nin rəhbər şəxsləri qeyd olunan taxıl sahələrinin suvarılması zamanı heç bir problem yaratmırlar. Elə ki, biz də yonca sahəmizi suvarmaq istəyirik, o halda bu qurumun əməkdaşları “Hələ taxıl sahələri suvarılmalıdır, növbəniz çatanda sizə də su verərik” deməklə, bir növ bizi “fırlatmaqla” məşğul olurlar. Yəni, yay aylarından indiyə kimi suvarma suyuna həsrət qaldığımızdan, heç cür yonca sahəmizi suvara bilmirik. O halda sual oluna bilər ki, Tovuz SSİ-nin əməkdaşlarının belə bir ayrıseçkiliyə yol vermələrinin kökündə nələr durur? Məgər, biz də bu ölkənin vətəndaşları deyilikmi? Bizim suvarma suyundan istifadə etmək hüququmuz qadağanmı olunub? Olunubsa bunu kim edib?” Qeyd edək ki, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, həmçinin müxtəlif tədbirlər zamanı əhalinin su ilə təminolunmalarının yaxşılaşdırılması və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı möhtərəm Prezident tərəfindən lazımi tapşırıqlar verilsə də, hələ də Tovuz SSİ-nin əməkdaşları verilmiş tapşırıqları qulaqardına vurmaqda davam edirlər. Çünki, Şahin Əsgərovgilin ötən 4-5 ay ərzində suvarma suyuna həsrət qalmaları, birbaşa ölkə rəhbərinin verdiyi tapşırıqların əleyhinə getməkdir, yürüdülən dövlət siyasətinə qarşı çıxmaqdadır. Sözsüz ki, belə bir yanaşmanın kökündə xəyanət amili əsas rol oynayır ki, bu da son anda sadə sakinlərin dövlət qurumlarına olan inamının heçə enməsinə səbəb olur. O halda sual oluna bilər ki, hal-hazırda Tovuz SSİ-nə rəhbərlik edən və hər ayın daha çox hissəsini iş başında tapılmayan Nəsrəddin Aslanov, görəsən belə bir idarəçiliyi ilə hara qədər getmək istəyir? Axı, bu şəxsin etibar etdiyi vəzifə sahibləri suvarma suyu ilə rayon ərazisində “bazar açırlar”, imkansız şəxsləri olmazın məşəqqətlərə düçar edirlər? Qarşı tərəfində mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq.//Deryaz.az