Ucarın zülmətə bürünən mərkəzi küçəsinin işıq problemi nə vaxt həll olunacaq? - VİDEO
Azərbaycan küçəsi Ucarın həm mərkəzi, həm də ən böyük küçələrindən biridir. Bu küçədə 50-dən çox ev, 250-yə yaxın sakin yaşayır.
Sakinlər deyir ki, illərdir küçədə işıqlandırma sistemi yoxdur. Gecə saatlarında hər yan zülmətə qərq olur.
Məsələ ilə bağlı Ucar RİH-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, problemin 2022-ci ilin sonlarında həll olunması nəzərdə tutulub.