Tərtərdə 20 yanvara həsr olunmuş rəsm müsabiqəsi keçirilib
19 yanvar 2022-ci il tarixdə Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayon Təhsil Şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar – qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib.
Ümumilikdə rayonun 26 ümumtəhsil məktəbinin şagirdlərinin qatıldığı müsabiqədə əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən və amansız qətillərdən danışaraq bu cür faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq, xalqımıza mənəvi zərbə vurmaq məqsədi daşıdığını qeyd edib.
Sonra müsabiqənin nəticəsini müəyyən etmək üçün çəkilmiş rəsmlərə baxış keçirilib.
Nəticəyə əsasən I yeri Qapanlı kənd tam orta məktəbin şagirdi Orucova Leyla Məhəmməd qızı, II yeri Kəngərli kənd tam orta məktəbin şagirdi Nağızadə Aişə Nadir qızı, III yeri Şəmiyeva Mələk Mehrac qızı qazanmışlar.
Sonda qaliblər Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Tarix: 19-01-2022, 23:22