Mərkəzi xəstəxanada ŞÜBHƏLİ TENDER MÜQAVİLƏLƏRİ - FOTO
"DogruXeber.az" xəbər verir ki, Göyçay rayon mərkəzi xəstəxanasının 18.01.2022-ci il tarixində "Dövlət Satınalma Portalında" "Office Star"MMC və "Clinik medikal"MMC (VÖEN: 1404980071 və 1601795641) ilə tender müqavilələri bağlaması haqqında məlumat dərc edilib. Müqavilələrdən birincisinin müddəti 13.12.2021-ci il tarixindən 30.12.2021-ci ilə qədər, digərininkinin müddəti isə 22.11.2021-ci il tarixindən, 30.12.2021-ci il tarixinə qədər göstərilir.
Lakin qeyd edək ki, Satınalma Portalında "Dəftərxana ləvazimatları və təsərrüfat malları", həmçinin "maşın və avadanlıqların əsaslı təmiri" adı ilə, 48899.2 (qırx səkkiz min səkkiz yüz doxsan doqquz, iyirmi) AZN və 29603.84 (iyirmi doqquz min altı yüz üç, səksən dörd) AZN məbləğlərlə bağlanmış müqavilələrin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib.
QEYD: Qeydedək ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası Dövlət Satınalma Portalında bir gündə bir neçə müxtəlif tender müqavilələri barəsində məlumat yerləşdirib. Lakin, onlardan yuxarıda vurğuladığımız ikisinin katirovka sorğusu barəsində heç bir məlumat göstərilməyib.
Bu isə bəzi şübhələr doğurur.
Qarşı tərəfin də bu barədə açıqlamasını dinləməyə və dərc etməyə hazırıq.
Tarix: 20-01-2022, 11:31