Naxçıvan “xanlığı”nın şahənşah ədalı baş həkimi: Heç Prezidenti belə bu cür qarşılamamışdılar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus təlimatlarına görə, bu xəstəliyin daşıyıcıları mütləq təcrid rejimində saxlanılmalı, bunun üçün də onlar üçün ayrıca karantin məkanları yaradılmalıdır. Koronavirus xəstələri heç bir halda dianostika mərkəzlərində, əməliyyat otaqlarında saxlanıla bilməzlər. Hətta Çində bu xəstələr üçün yaradılan modul xəstəxanalar karantin dövrü bitdikdən sonra yandırılırdı. Təbii ki, Çində belə idi.
Azərbaycanın Şimali Koreyası kimi tanınan Naxçıvan MR-da isə ÜST-ü hərləyən yoxdur. Yadınızdadırsa, Naxçıvanın Səhiyyə naziri Niyazi Novruzov “müəllim” (
müəllimlər bağışlasın, biz ona həkim deyə bilmədiyimiz üçün ümumişlək müraciət forması olan “müəllim” sözünü seçdik) Naxçıvan Ali Məclis Sədrinin gözünə girmək üçün bildirmişdi ki,
koronavirus bütün dünyanı qasıb qovursa da, Vasif Talıbov həzrətlərinin qorxusundan Muxtar Respublika sərhədlərinə yaxınlaşa bilmir. Odur ki, Naxçıvanda xüsusi karantin rejiminə keçməyə ehtiyac yoxdur.
Niyazi “müəllim”in bu özündənəminliyi deyəsən Muxtar Respublikada səhiyyə işçilərinin başında çatlayıb.
Naxçıvan standartlarını pozaraq koronavirusa yoluxanlardan biri də Muxtar Respublika Diaqnostika Mərkəzinin Baş həkimi Nihad Seyidov olub. Amma cəddinə çox arxayın olan Nihad “həzrətləri” ağır xəstə halında belə, Naxçıvan qaydalarına xilaf çıxmamağa çalışıb:
ÜST-ün təlimatlarını heçə sayaraq özünün müalicəsini rəhbərlik etdiyi Dianostika Mərkəzinin 4-cü mərtəbəsində həyata keçirib. İddialara görə, 1 ay boyunca Mərkəzin 4-cü mərtəbəsi tamamilə boşaldılıb və Niyad müəllimin ixtiyarına verilib. O, biraylıq müalicə müddətini 4-cü mərtəbədə tibbi aparatlara bağlı vəziyyətdə qalıb.
Sağaldıqdan sonra isə Diaqnostika Mərkəzinin qabağı əməlli-başlı qurban qəssabxanasına çevrilib. Niyad müəllimin xətrini çox istəyənlər Naxçıvanın qoyun bazarından qoç alıb Baş həkimin pişvazına çıxıb. Baş həkim qədəmlərini Diaqnostika Mərkəzindən kənara qoyan kimi qurbanlar kəsilib və toy-bayram havasında tortlar yeyilib, musiqi sədası altında rəqslər oynanılıb. Qeyd edək ki, Dianostika Mərkəzinin 4-cü mərtəbəsi əməliyyatlar üçün nəzərdə tutulub və bu şöbə xüsusi dezinfeksiya şəraitində saxlanmalıdır. Belə bir məkanın koronavirus xəstəsinin karantin yerinə çevrilməsinin nə dərəcədə doğru olduğunun müzakirəsini Azərbaycan Səhiyyə Nazirliyinin və həkimlərin ixtiyarına buraxırıq. Biz isə iddiaları təsdiqləyən videoları ictimailəşdirməklə vəzifəmizi tamamlayırıq.
Videolar Nihad Seyidovun karantindən çıxması münasibətilə keçirilən qurban mərasimində çəkilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, Nihad Seyidovun diplomunun saxta olduğuna dair iddialar var.
Videoları
bu linkdən izləyə bilərsiniz
Video 1
Video 2
Video 3
Video 4
Tarix: 29-01-2022, 23:02