Xaçmaz: 6 qəsəbəni birləşdirən yol üzərindəki kənd zibillik içindədir
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli öz feysbuk səhifəsində yazıb.Xaçmazın Hacıəlibəy kəndində məişət tullantıları natəmizlik yaradıb.
“Kənddə toplanan zibillik poliqona oxşayır. Ətrafa baxın, hər yan zibillikdir. Ölü heyvanın iyi hamını narahat edir. Yay aylarında fəlakət olur. Bura xəstəlik mənbəyinə çevrilib”, – deyə sakinlərdən biri bildirib.
Buradan 6 qəsəbəni birləşdirən yol keçməsinə baxmayaraq ərazi təmizlənmir.
Tarix: 29-01-2022, 23:24