Vaxtı keçmiş məhsullar satan market aşkarlanıb



İstehlaka yararsız məhsullar məhv edilib
Goranboy rayonu, Zeyvə kəndində fəaliyyət göstərən, fiziki şəxs Adıgözəlov Veysəl Vaqif oğluna məxsus ərzaq mağazasında planlı yoxlama keçirib.
AQTA-dan AYNA-ya bildirilib ki, yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatlar, meyvə şirələri, energetik içkilər və s. qida məhsullarının qanunsuz satışının həyata keçirildiyi aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.
Tarix: 2-02-2022, 08:25
Xəbəri paylaş





Xəbər lenti