Prezidentin səfərindən sonra İcra Hakimiyyəti ağacları çıxardı - MƏZƏLİ AÇIQLAMA



Gəncə şəhərində mərkəzi küçələrdən birində yol kənarında əkilən ağacların yığışdırılması sakinlərin narazılığı ilə qarşılanıb. 
Bu barədə Gəncə sakinləri sosial şəbəkələrdə video paylaşaraq təəccüblərini gizlətməyiblər. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Fazilqızı Konkret.az-a bildirilib ki, sözügedən ərazidə torpağın alt qatı daşlıqdır və yeni əkilən ağacların burada tutma ehtimalı aşağıdır. Bu amil nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və iştirakı ilə sözügedən ərazidə əkilən və əkilmək üçün gətirilən ağacların (videodan da bəzi ağacların dipçəkdə olduğu və hələ əkilmədiyi görürünür) başqa yerə köçürülməsi təmin edilib. O da əlavə edilib ki, hazırda həmin ərazidə gül kolları və qazon sahəsi salınır.
 
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 31-də Gəncədə səfərdə olub. Və ağacların ölkə rəhbərinin səfərindən sonra yerlərindən qoparılaraq aparıldığı bildirilib.
 

Tarix: 3-02-2022, 15:42
Xəbəri paylaş





Xəbər lenti