72 yaşlı rektorun başçılıq etdiyi universitetin külli miqdarda borcu üzə çıxdı -FOTO
Rektor Akif Süleymanovun işə çəliklə gedib-gəlməsi ilə gündəmə düşən Azərbaycan Texnologiya Universitetinin dövlətə yarım milyon manatdan çox borcu yaranıb. Bir neçə gündür sosial şəbəkələrin gündəmindən düşməyən rektorun rəhbərlik etdiyi universitetin külli miqdarda vergi borcu var. 72 yaşlı rektorun başçılıq etdiyi təhsil ocağının dövlətə 565 min 865 manat borcunun hansı səbəbdən yarandığı məlum deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Akif Süleymanovun ağır xəstə olduğu üçün bir neçə şəxsin köməyi ilə universitetin inzibati binasının 2-ci mərtəbəsindəki iş otağına çətinliklə qaldırıldığı və 3-4 saatdan sonra həmin şəxslərin yardımı maşına otuzdurulub evinə yola salındığı görünür.(Qaynarinfo)
Tarix: 12-02-2022, 21:44