Lənkəranda adı olub, özü olmayan təhsil ocağı – VİDEO
Lənkəranın Məhəmməd Bağırov adına Girdəli kənd tam orta məktəbi istifadəyə yararsız vəziyyətdədir.
94 nəfərlik pedaqoji heyətin və 630 şagirdin üz tutduğu təhsil ocağının vəziyyəti acınacaqlıdır. Məktəbin tavanı demək olar çöküb, döşəmə isə uçuq-sökük haldadır.
İmkanı olan 200 şagird qonşu məktəblərə üz tutub, imkanı olmayanlar isə qəzalı məktəbə getmək istəmirlər.
100 yaşlı məktəbin bəzi sinif otaqları tam yarasız vəziyyətdə olduğu üçün qapıları bağlanıb. Hazırda cəmi 4 otaqdan istifadə olunur.