Goranboyda qazilər icra başçısını qovdu - ŞOK VİDEO

Goranboyda qazilər icra başçısını qovdu - ŞOK VİDEO

Bu gün Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhərində Şəhid ailələri və Qazilərlə görüş keçirilib.
Hurriyyet.az xəbər verir ki, İcra Hakimiyyətinin saytında verilən rəsmi məlumata əsasən, tədbirdə icra başçısı Məhərrəm Quliyev, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Qaz İstismarı İdarəsi, Mingəçevir Regional Elektrik Şəbəkəsi, Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi–Sosial Ekspertiza və Reabilitasiya şöbəsinin rəhbərləri, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi, rayonun hüquq mühafizə orqanları və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, tədbirin gedişi və yekunu ilə bağlı İH-nin saytında hər hansı informasiya qeyd olunmasa da, Hurriyyet.az etibarlı mənbələrdən bu haqda maraqlı məlumat əldə edib. Bildirilir ki, tədbirdə iştirak edən Qarabağ Qaziləri və Şəhid ailələri icra başçısı Məhərrəm Quliyevin çıxışına və yalan məlumatlar verməsinə etiraz ediblər. Bu zaman İcra Hakimiyyətinin əməkdaşları başçını müdafiə etməyə çalışdıqda, salonda ara qarşıb. Nəticədə, Qarabağ Qaziləri icra başçısı M.Quliyevi iclas zalından qovublar.
Siam.az qalmaqallı iclasın görüntülərini oxucularına təqdim edir:

 
Tarix: 26-02-2022, 14:36
Xəbəri paylaş





Xəbər lenti