Bərdədə zibillər nə üçün küçələrə tökülür və ya başçının Natiq Qasımov "sevgisi" - (FOTO-VİDEO)
Bərdənin küçələri üfunət qoxuyur
Bərdə şəhərində antisanitariya vəziyyəti yaranıb. Bərdə sakinlərinin verdiyi məlumata görə, küçələrdə zibil qutuları olmadığı üçün sakinlər məcbur olub məişət tullantılarını küçələrə qoyurlar. Bu da antisanitariyaya səbəb olur.
Bərdənin vazkeçilməz zibil maşını
Belə vəziyyəti Heydər Əliyev prospektində, Bahadur Hacıyev, Üzeyr Hacıbəyov, Təbriz və digər küçələrdə müşahidə etmək olur. “Bərdədə zibil problemi həmişə olub. Toplanan zibillər daşınsa belə, gün ərzində qalıb iylənir. Bundan da yaxın ərazilərdə yaşayan insanlar əziyyət çəkir”.
Sakinlərin dediyinə görə, küçələrə zibil qutularının qoyulması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, nəticəsi olmayıb.
Məşhur Neptun mağazasının "gözəlliyi"
Sakinlər aidiyyəti qurumlardan bu problemi aradan qaldırmağı xahiş edirlər.
İyrәncdi. Zümürxan kimi әtraf kәndlәr gecә sәhәrә kimi zibil tüstüsünün içindә olur. İnsanlara bu qәdәr hörmәtsizlik bu qәdәr saymamazlıq olmaz. Bir dәnә mәmur bu şәraitdә yaşamaz. Tәbiәtә, әtraf mühitә bu qәdәr biganә, vecsiz yanaşmaq insanlıqdan kәnardı.
PS: Aylarla xəstə adıyla işə çıxmayan, başı özünün məşhur fermasına qarışan BərdəMənzil-Kommunal Təsərrüfatı Birliyinin direktoruna Başçı Vidadi İsayevdə bu qədər sevgi hardandır))) - Kənd təsərrüfatı idarəsinin arxasındakı möhtəşəm villa doğrudanmı zibi puluyla tikilib? -DOST iş mərkəzi, kommunxoz, məşğulluq mərkəzi və Bərdənin zibillər içində boğulan ekologiyası.. Bütün bunlar barədə daha geniş bilgilər növbəti sayımızda.
Bərdənin adı dillər əzbəri olan ZİBİL POLİQONUNDAN APA-nın reportajını təqdim edirik: