Goranboy təhsilində BİABIRÇI MƏNZƏRƏ - ŞİKAYƏT


Goranboy rayonunda QAZİYƏ hörmətsizlik, diqqətsizlik edilməsi barədə iddia irəli sürülüb. Dia.az xəbər verir ki, bu barədə Demokratik.Az-a 3-cü qrup əlil, İkinci Qarabağ müharibə iştirakçısı, QAZİ, Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinin texniki işçisi Xəlfəyev Amil Vidadi oğlu özü məlumat verib. Qazi ölkə rəhbərliyinə açıq mətndə şikayət edərək 44 günlük müharibədə iştirak etdiyini, sağlamlığını itirdiyini, 3-cü qrup əlil olduğunu və gənc ailəsilə himayəsində iki azyaşlı uşaqlarının olduğunu bildirir. Eləcə də ZƏFƏR SAVAŞI sonrası müraciəti əsasında Goranboy Rayon İcra Hakimiyyətinin tapşırığı ilə Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə texniki şöbəyə işçi qəbul edilib.

Qazi bildirir ki, üç aydır işlədiyi məktəbə Təhsil nazirliyinin təşkil etdiyi "Direktorların İşə Qəbulu" imtahanında tələb olunan imtahan balını toplamadan, müsahibə, müsabiqə mərhələlərində iştirak etmədən DİREKTOR vəzifəsinə müxtəlif vəzifələrdə əyləşən qohumlarının hesabına təyin edilən Nailə Allahverdiyeva onun "QAZİ" statusuna sayğısız yanaşaraq işlədiyi kollektivdə nüfuzdan salaraq onu "DƏLİ" adlandırıb.

Qazi: "Əgər, mən dəliydimsə, nə səbəbə mənə silah etibar edib 44 günlük döyüşə göndərirdilər və Goranboy Rayon İcra Hakimiyyəti mənim işlə təmin olunmağıma köməklik edirdi?"-deyə bildirir.

Bundan başqa, qazinin iddiasına görə, məktəbin direktoru Nailə Allahverdiyeva məktəbin təsərrüfat müdürü Rövşən Zeynalovla əlbir olaraq qazini sıxışdırırlar, hüquqlarını pozurlar, QAZİni işdən belə çıxarmağa çalışırlar.

Xəlfəyev Amil Vidadi oğlu məktəb idarəçiliyinin zəifliyi nəticəsində məktəbin dağıldığını, yararsız hala düşdüyünü, qəzalı vəziyyətdə olduğunu da bildirir. Bunu da direktorun bacarıqsızlığı, səriştəsizliyi kimi düşünür.

İkinci Qarabağ döyüşlərinin iştirakçısı aidiyyatı qurumlardan məktəb direktoru Nailə Allahverdiyevanın və Təsərrüfat müdürü Rövşən Zeynalovun İŞ fəaliyyətinin yoxlanılmasını istəyir. Eləcə də özünə qarşı qeyri-etik davranışa görə məktəb rəhbərinin cəzalandırılmasını arzulayır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə çalışacağıq!
Tarix: 19-03-2022, 09:24
Xəbəri paylaş





Xəbər lenti