Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Novruz şənliyində Şaxta babanın iştirak etməsi ilə bağlı fotolar yayılıb. Musavat.com xəbər verir ki, Rayon İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, istifadəçilər tərəfindən geniş müzakirələrə səbəb olan personaj, əslində, Dədə Qorquddur. Tədbirdə keçəl, kosa, bahar qızı da iştirak edib.