Cavid Qurbanovun kadrı `GÜL VURUR`... - NARAZILIQ!


Kəlbəcər rayonunun icra başçısı Azər Qocayevin sərəncamına dayanan bir neçə uğursuz və yarıtmaz kadr təyinatı sakinlərin növbəti narazılığına səbəb olub. Belə ki, icra başçısının bir neçə kəndə təyin etdiyi "kəndxudalar" mənfi reputasiyalı və qalmaqallı bioqrafik məlumatlarla zəngindirlər.

Kəlbəcər rayonunun Ağdaban kənd sakinləri kənd icra nümayəndəliyinin fəaliyyətindən narazıdırlar. İcra nümayəndəliyi sakinlərin problemləri ilə demək olar ki, maraqlanmır, bəzi əməkdaşları hətta işə gəlmədən maaş da alır.

Hələ ötən il bu barədə yayılan məlumatlarda deyilirdi ki, kənddəki mühüm inzibati vəzifə bölgüsündə savadlı kadrlara üstünlük verilməsi, dövlət qulluqçusu adına sahib olmaq üçün kadrların zəruri şəxsi keyfiyyətlərinin olması bir yana atılaraq, Azərbaycan Dövlət DəmirYolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcərin ağsaqqal “statuslu” məmuru Cavid Qurbanovun istəkləri nəzərə alınıb. Nəticədə, əslən Kəlbəcərin Ağdaban kəndindən olan Cavid Qurbanov Dədə Şəmşirin doğma yurduna öz əmisi oğlu Murad Qurbanovu icra nümayəndəsi təyin etdirib. Mütamadi olaraq hakimiyyətin siyasətini sərt tənqid edən, şəxsən Prezident İlham Əliyevə və yaxınlarına qarşı xoşagəlməz şüarlar səsləndirən bəzi internet kanallarının əməkdaşı Teymur Kərimovu isə Ağdaban kənd icra nümayəndəsinin müavini edib. İndiyədək deyilən kadrların fəaliyyəti barədə heç bir araşdırma aparılmır, adıçəkilən müxalif jurnalist Azər Qocayevin ona verdiyi maaş kartı ilə büdcədən maliyyələşərək hakimiyyətə də meydan oxuyur.

İstisu kəndində də narazılıqlar var. Belə ki, Azər Qocayev bir müddət əvvəl "qatı dindar" olduğunu bildirərək Çıraq kənd icra nümayəndəliyinin müavini olmuş İbadullayev Əjdər Fərhad oğlunu İstisu nümayəndəliyinə mühasib göndərib. Məlumata görə, bu şəxsin özü və qardaşlarının radikal dindar olmaları barədə həm Prezident Administrasiyasında, eləcə də hüquq mühafizə orqanlarında bilgilər var.

Azər Qocayev nədənsə Mərcimək kənd icra nümayəndəliyinə də "göydəndüşmə" bir kadrını təyinat edib. Belə ki, başqa kənddən olan, dövlət qulluğu və heç bir əmək təcrübəsi olmayan Ağamalıyev İsmayıl Vurğun oğlunu kəndxuda edib. Sözügedən şəxsin təyinatından da sözügedən kənd sakinləri narazıdır və təyinatı doğru saymırlar. Kənd sakinləri hesab edirlər ki, öz kəndlərində kifayət qədər icra nümayəndəsi olmağa layiq olan kadrlar olduğu halda, icra başçısı bu təyinatla kəndə haqsızlıq edib.



Azər Qocayevin rayon mənzil kommunal təsərrüfatı İstehsalat Birliyinə də uğursuz adamını gətirib. Belə ki, bir müddət əvvəl MKTİB-də "ölü can"ların araşdırılması nəticəsində işindən azad edilən müdiri əvvəllər Kəlbəcər DSMF-də baş məsləhətçi işləmiş və korrupsiya əməllərinə görə işdən qovulmuş Mübariz Aydınovla əvəz edilib. Bu təyinat da Qocayevin kadr təyinatına məmur ərkanı ilə deyil, "elektrik montyoru" və ya bir "provodnik" təfəkkürü ilə yanaşdığı ortadadır.

İnanırıq ki, sözügedən kadrların təyinatında Azər Qocayevin şəxsi maraqlarının nədən ibarət olması araşdırılıacaq və Kəlbəcər sakinləri Qocayevin zülmündən tez bir zamanda xilas olacaq!

Demokratik.Az
Tarix: 23-03-2022, 09:10
Xəbəri paylaş





Xəbər lenti