Tərtərdə Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi mövzusunda müşavirə keçirilib



Aprelin 2-də Tərtər rayonunda Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi mövzusunda müşavirə keçirilib.
Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Tərtər rayonunun respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb. Həmçinin yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Tarix: 2-04-2022, 19:10
Xəbəri paylaş





Xəbər lenti