Tərtər rayon rəhbəri vətəndaşları qəbul edib - FOTO
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Rayon rəhbəri əvvəlcə şəhid ailələri və qazilərin hər birini dinləyərək, problemlərini həll edib. Siam.az xəbər verir ki, qəbula gələn digər vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürmək, həyətyanı torpaq sahəsi, işlə təmin olunma, maddi yardımla bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib. İşlə bağlı müraciət edən vətəndaşlara qəbulda iştirak edən Dövlət Məşğulluq Agentliyinin 18 saylı Ərazi Məşğulluq Filialının nümayəndəsi tərəfindən vakant iş yerləri təklif edilib. Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.