Şəki DYP işçilərinin qanunsuz əməllərindən yenə şikayət varŞəki rayonun Aşağı Göynük kənd sakini, Hümmətov Pərviz Tacəddin oğlu tərəfindən Prezident İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova, DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə Şəki DYP əməkdaşlarının qanunsuz hərəkətlərinin dərhal qarşısının alınması barədə mətbuat vasitəsi ilə müraciət ünvanlanıb.
Aktualinfo.org vətəndaş Pərviz Hümmətovun müraciətini olduğu kimi oxuculara təqdim edir. O,yazır:
Cənab Prezident İlham Əliyev və Daxili İşlər nazıri cənab Vilayət Eyvazov, əvvəl xatırlatmaq istəyirəm ki, aprelin 13-də işə gedərkən Şəki şəhəri, Salmaz Mümtaz küçəsində ( köhnə Şəki DYP- binasının qabağında) sürdüyüm 10 OT 809 nömrəli, CHEVROLET markalı avtomobilimi yerli DYP çavuşları olan Azər və Bəhman adlı işçiləri işarə etdilər ki, sür cərimə meydançasına doğru. Mən avtomobili saxladıb soruşdum ki, axı mən qayda pozmadım. Çavuş Azər dedi ki, sənin cərimələrin var və 3 ay keçib ödəməmisən. Dedim bu saat ödəyərəm. Yanındakı Bəhmən adlı birisi də biz söhbət edən zaman icazəsiz maşına oturub zorakılıqla sürmək istədi mən ona mane olmağa çalışsam da o qapını möhkəm çırpıb qoçu kimi zorakılıq etdi və sürdü cərimə meydançasına. Məcbur olub gedib 3 xırda cəriməni ödəyib qəbzləri təqdim etdim. Azər dedi ki, yox bu yaramır, nə olsun ki, ödəmisən bunun üçün Respublikanski QAİ-yə getməlisən və 401-ci otaqda cərimələri sistemdən çıxarmalısan, yoxsa pravan lişeniyaya gedir. Dedim indi bir cəriməni sildirmək üçün durum Bakıya gedimmi? Azər cavab verdi ki, pravanı indi 1000 manata alırsan elədir, mən sənə yaxşılıq edib deyirəm ki, 500 ver, lişeniyaya düşməsin, axı niyə təzədən gedib prava alasan. Dedim bu qədər pulum yoxdur. Sonra dedi 300 olsun. Dedim yoxdur. Dedi yaxşı əlini cibinə sal 2 dənə yüzlük ver get. Mən özüm Şəkidənəm. Və Şəkidə hamını yaxşı tanıyıram. Onsuz da sabah əminoğluna dayınoğluna zəng edib deyəcəm ki, gəlsin bu işi yoluna qoyaq. Azərə dedim ki, cəmi 100 manat verə bilərəm. Razılaşmadı. (söhbətimizin səs yazısı təqdim edilir)
Mən Azərə bildirdim ki, axı mənə SMS gəlməyib. Bilsəydim gedib vaxtında cəriməni ödəyərəm. Dedi o bizlik deyil. ASANPAY sms-i göndərməli idi. Nə isə mən dedim belədirsə axı mən həmişə “Ala qapıda” olan Şəkinin DYP postunun qabağından keçib işə gedirəm. Bəs niyə məni bir dəfə saxlayıb xəbərdar etməyiblər ki, sənin cərimən var get ödə.
Cənab Prezident Görünən budur ki, müxtəlif bəhanələrlə min bir əzab əziyyətlə qazanıb cibimizdə ailəmizə aparmaq istədiyimiz son qəpik quruşu da Şəki DYP çavuşları əlimizdən min cür nağıl uydurmaqla almaq istəyirlər. Bu arxalı adamlar məcbur edirlər ki, bizi kimi sadə vətəndaşlar sonda dövlətimizə qarşı nifrət yaransın. Ona görə Sizdən xahiş edirəm ki, belə dilənçilər barədə tədbir görülməsinə göstəriş verəsiniz. Sağ olun.
Cənab daxili işlər naziri! Xahiş edirəm mənim hər gün işə getməyimi və cəriməmi dərhal ödəməyimi nəzərə alaraq avtomobilimin təcili olaraq cərimə meydançasında qanunsuz olaraq saxlanmasın dayandırılmasına və mülkümün azad edilməsinə və polis çavuşlarla bağlı məslənin DİN-nin Daxili Təhqiqat İdarəsində araşdırlmasına göstəriş verməyinizi xahiş edirəm.
Hörmətli, general Ramiz Zeynalov. Sadə bir vətəndaş olaraq sizdən xahiş edirəm ki, dərhal Şəki DYP-nin Azər və Bəhman adlı çavuşları barəsində qanuni tədbirlər görülməsinə və avtomobilimin azad edilməsinə göstəriş verəsiniz.
Aktual İNFO
Tarix: 16-04-2022, 13:29