İki ilə yaxındır ki, Göygöl rayonunun sahibsiz qalan Təhsil şöbəsində özbaşnalıqlar davam edir. Belə ki, rayonda icra başçısının və Təhsil şöbəsinə müdir təyin edilməməsindən sui-istifadə edən Salman Balakişiyev, görünməmiş hiylələrə əl ataraq, rayon ərazisində şəxsi maraqlarını dövlətin mənafeyindən üstün tutub, maddi vəsait toplamaqla məşğuldur.Məlumata əsasən, Salman Balakişiyev oğlu Bünyad Balakişiyevin Göygöl ərazisində iki özəl təhsil mərkzi fəaliyyət göstərir. Başsız qalmış Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən məktəblərin direktorlarına Salman Balakişiyev təzyiq göstərərək, bütün şagirdləri oğluna məxsus təhsil mərkəzlərinə yönləndirir. Beləliklə, rayon mərkəzində və kəndlərdə saat 11:00 və 12:00 radələrində siniflərdə 1-2 uşaq olur, bunlar da aztəminatlı ailələrin uşaqlarıdır, hansı ki, onların valideynləri övladlarını yüksək məbləğlər qarşılığında Bünyad Balakişiyev təhsil mərkəzlərində oxutdura bilmirlər. Bir sözlə, Salman Balakişiyev prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətə kölgə salan məmurlardandır.
Salman Balakişiyev qısa müddətdə qanunsuz yollarla əldə etdiyi külli miqdarda vəsaitlər hesabına rayon ərazisində özünə və ailəsinə məxsus biznes şəbəkəsi qurmuşdur. Bunlardan 2000 baş qoyun sürüsü, Gəncə, Göygöl, Şəmkir, Daşkəsən və Bakı şəhərində çoxlu sayda daşınmaz əmlaka sahib olmasını misal çəkmək olar.
Bütün bunlarla kifayətlənməyən Salman Balakişiyev yaxın qohumlarını mövcud təhsil qanunvericiliyinə uyğun olmayan kirli yollarla müxtəlif vəzifələrə yerləşdirmişdir. Belə ki, qızı Günel İsmayılovanın, müsabiqə imtahanından keçməmiş, 1 illik müqavilə əsasında rayonun ucqar kəndində müəllimə kimi fəaliyyətinə şərait yaradıb. Çoxillik təcrübəsindən və hiyləsindən istifadə edərək Göygöl rayon Balcılı kənd 1 saylı orta məktəbinə direktor müavini təyin etdirib. Bununla kifayətlənməyən Blakişiyev digər müəllimlərin dərs saatlarından kəsərək, direktor müavini qızı Günel İsmayılovanın dərslə təmin olunmasına şərait yaradıb. Bu özbaşnalıqdan hiddətlənən məktəb direktoru Binnət Rüstəmov dəfələrlə rayon rəhbərliyinə müraciət etmək istəsə də, çalışma yaş hədinin bitməsinə və onunla yenidən müqavilə bağlanılmayacağı ilə təhdid edilərək Salman Balakişiyev tərəfindən susdurulmuşdur.
Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokrorluğun Nadil kənd orta məktəbində korrupsiya əməlləri ilə bağlı apardığı araşdırma nəticəsində Salman Balakişiyev kobud qanun pozuntusuna yol verdiyi üçün intizam tənbehinə cəlb olunaraq, barəsində sonuncu xəbərdarlıq və şiddətli töhmət elan edilib. İntizam tənbehindən nəticə çıxarmayan Salman Balakişiyev qanunsuz fəaliyyətinə davam etdirməklə, kəndlərdə fəaliyyət göstərən məktəblərdə direktorlarla əlbir olaraq bir neçə müəllimin işə gəlmədən aylıq məvacibinin 50%-nə şərik olmasına şərait yaradıb. Bunlara Topalhəsənlı kənd orta məktəbində çalışan 4 müəllimi misal çəkmək olar.
Təhsil şöbəsini “qara qutusu” ləqəbli Salman Balakişiyev eyni zamanda DİM-dən imtahandan müvafiq bal toplamayıb, nəticə əldə etməyən müəllimləri qeyri-qanuni, bilinməyəni yollarla işə düzəldən adam kimi tanınması ilə də məşhurdur. Hansı ki, həmin müəllimlərdən külli miqdarda rüşvət alaraq istənilən məktəbə yerləşdirdiyi çoxlarına bəllidir.
Ümid edirik ki, təhsilimizin inkişafı və gələcəyi üçün Təhsil Nazirliyi və hüquq mühafizə orqanları təhsilin “qara qutusu” Salman Balakişiyevin qanunsuz fəaliyyətinə biganə qalmayacaq .
“Hürriyyət”in araşdırma qrupuP.S. Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 20-04-2022, 14:37