Ağdaş Mərkəzi Xəstəxanasında avadanlıqların istifadəsiz qaldığı üzə çıxıb



Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əvvəlki illərdə alınmış tibbi avadanlıqlar istifadəsiz qalıb.
APA xəbər verir ki, bu, Hesablama Palatasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 01.01.2019-cu il tarixindən 01.0.2020-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbiri zamanı üzə çıxıb.
KDMN Ağdaş Rayon Mərkəzi Xəstəxanası tərəfindən 2019-2020-ci illərdə istifadə edilmiş ümumilikdə 21,9 mln. manat məbləğində vəsaiti əhatə edib.
Ağdaş rayonu üzrə icbari tibbi sığorta ödənişlərinin Mərkəzi Xəstəxana tərəfindən bilavasitə akkumulyasiya olunmaması sığorta hadisəsi və sığorta ödənişi arasında uzlaşmanın, həmçinin maliyyə dayanıqlılığının təmin edilməsinə, ilin sonuna qalıq vəsaitin geri çağırılması həmin vəsaitlərdən fəaliyyətin təşkilinə istifadə olunmasına şərait yaratmayıb.
Dar ixtisaslı kadrlarla təminat istiqamətində fəaliyyətin düzgün təşkil edilməməsi nəticəsində həkimlərin sayının azalması meylinin qarşısı alınmayıb, ixtisaslı kadrlarla təmin olunmama əvvəlki illərdə alınmış tibbi avadanlıqların da istifadəsiz qalmasına səbəb olub. Aparılmış islahatlar çərçivəsində Ağdaş rayonunun tibb müəssisələrinin strukturunda edilmiş dəyişiklik nəticəsində çarpayı sayı azaldılmaqla ştat sayı sabit saxlanıb, bu sabitlik fonunda tibbi heyətin azalması hesabına inzibati işçiləri nəzərdə tutan sair heyətin sayının artırılması tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, göstərilən xidmət sayının və bu istiqamətdə gəlirlərin artımında risklər formalaşdırıb.
Yüksək ixtisaslı kadrların tibbi xidmətlərin göstərilməsində iştirak səviyyəsi aşağı olub. Bu da ümumiyyətlə, xidmətlər çərçivəsinə yenidən baxılması zərurətini vurğulamaq imkanı verir. Belə ki, 2019-cu ildə Mərkəzi Xəstəxanada fəaliyyət göstərən 120 həkimin 55-i, 2020-ci ildə isə 130 həkimin 53-ü icbari tibbi sığorta sistemi üzrə xidmətlərin göstərilməsində iştirak edib.
Tarix: 21-04-2022, 18:20
Xəbəri paylaş





Xəbər lenti