Ağstafada gülməli yol asfaltlama üsulu görənləri şoka salır – FOTO


Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yenidən qurulmasına başlanılan yol-nəqliyyat infrasturkturu layihəsi geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yolun normalara uyğun şəkildə bərpa olunmamasından və çoxsaylı qüsurlardan şikayətçidirlər.
Belə ki, vətəndaşlar tərəfindən sözügedən məsələnin dəfələlər gündəmə gətirildiyi lakin hər hansı tədbirin görülmədiyi qeyd olunur. Əsas tənqid hədəfi isə yolun tikintisi ilə məşğul olan 27 nömrəli Yol İstismar İdarəsi MMC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. 

Qeyd edək ki, yol tikintisinin 2022-ci ilin may-iyun aylarında başa çatacağı bildirilir.

Sakinlərin narazılığına səbəb olan yolun fotolarını diqqətinizə təqdim edirik:








Tarix: 22-04-2022, 14:44
Xəbəri paylaş





Xəbər lenti