Göyçayda vəzifələ şəxsə ağır ittihamlar... - Nazirlikdəki oğluna güvənir...


"Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovun fərariliyə görə 3 il 6 ay həbs olunaraq məhkumluq həyatı yaşayıb.Belə ki, İrşad Abbasov həqiqi hərbi xidmətə çağrılıb evinə gələn çağrış vərəqinə imza edib qəbul edib.Ancaq hərbi xidmətə getməyib qaçıb gizlənib.Buna görə onu axtarışa verib tapıb həbs ediblər.Fərariliyə görə həbs edilən İrşad Abbasov 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib". Siam.az xəbər verir ki, bu barədə ittihamları Ucar rayonu Qulabənd kənd sakini İsmayılov Şövqi İsmayıl oğlu səsləndirir.

Daha sonra narazı vətəndaş bir sıra ğır ittihamlarla dolu iddialarda da bulunub ki, bunları dia.az olaraq işıqlandıra bilmirik. Çünki sübut edilməsi imkanlarımız daxilində deyil. Narazı vətəndaş iddialarını davam etdirir:
"İrşad Abbasov savadsız olduğu üçün Azərbaycanda ali məktəbə daxil ola bilməyib.Uzun müddət Rusiya və Belarusiya bazarlarında pomidor-xiyar alveri ilə məşğul olub.Sonradan Özbəkstandan pulla diplom alıb ki, guya orada ali məktəbi oxuyub.
Elə bu səbəbdəndir ki, İrşad Abbasov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində bazar üsulu ilə idarə edir.
Bu kollecdə istəyir yaxşı oxudun, istər pis oxudun istərsədə dərsə gəlib-gəlmədin fərq etmir pul verməlisən.Əks halda tələbə müxtəlif təxribatlara çəkilərək məktəbdən qovulacaq.Əyani şöbədə davamiyyət çox aşağıdır.Səbəbi isə adı dərsdə özü isə pul verib kollecə gəlməyən çoxlu sayda tələbələr var. Onlar bir ay üçün İrşad Abbasova 350 manat pul verirlər.Yarandığı gündən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində indiyə qədər belə açıq-aşkar rüşvətxorluq olmamışdır.
Burada övladı oxuyan valideyinlər İrşad Abbasovun soyğunçuluğu ilə üzləşib müflis olurlar.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovun korrupsiya əməlləri barədə edilən şikayətlər isə heç bir nəticə vermir.Çünki İrşad Abbasovun oğlu Orxan Təhsil Nazirliyində məsul vəzifədə işləyir.Orxan Abbasov bütün gücü ilə saxta diplomlu atasının korrupsiya əməllərinin üstü ört-basdır edir.
Hətta İrşad Abbasov kollecdə danışır ki, mənim oğlum Orxanla Təhsil Naziri Emin Əmrullayev hesablaşır".

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqetyini işıqlandırmağa hazırıq...
Tarix: 25-04-2022, 10:17
Xəbəri paylaş





Xəbər lenti