Tərtər Rayon İcra Hakimiyyəti bir qrup iş adamları ilə birlikdə şəhid ailələrinə iftar süfrəsi verdi


Tərtər Rayon İcra hakimiyyətinin və respublikada fəaliyyət göstərən bir qrup sahibkar qadının təşəbbüsü ilə rayonda şəhid ailələrinə iftar süfrəsi verilmişdir.
Tədbirdən öncə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sahibkarları qəbul etmiş, rayonda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, yeni iş yerlərinin açılmasından danışmış, qonaqlarla sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparmışdır. 
Sonra tədbir iştirakçıları Şəhidlər kompelksini ziyarət etmiş, xatirələrinə dərin hörmət və ehtiram əlaməti olaraq abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Qonaqlar şəhid ailələri ilə birgə Tərtər İstirahət Mərkəzində iftar süfrəsi arxasında əyləşmişlər. 
            Rayon rəhbəri qonaqları şəhid ailələrinə təqdim edərək, onlar haqqında məlumat verib,  tədbir iştirakçılarını Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Icra başçısı Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarix yazan Milli Ordumuzun şanlı qələbəsindən, Vətən üçün canından keçən şəhidlərdən, onların öz şərəfli və qısa ömür yolları ilə gənclərə nümunə olmalarından, dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, qonaqlara Tərtər şəhidləri haqqında məlumat verib.
            İş adamları Fəxriyyə Xələfova, Pəri Əyyubova, Günay Hacıyeva, Nəzrin Sadıqova və başqaları çıxış edərək Vətən üçün canından keçən şəhidlərin xatirəsinin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını bildiriblər. Çıxışlarda bir fikir vurğulanıb, “Şəhidlər ölməz, Vətən bölünməz”.
Şəhid ailələri adından Esmira Şirinova, Zəminə Hüseynova və Gülnarə Salahova  çıxış edərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, rastlaşdıqları problemlərin yerində həll olunduğunu, bunun üçün Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tarix: 27-04-2022, 18:24
Xəbəri paylaş





Xəbər lenti