Zərdabı əslində KİM İDARƏ EDİR... - MÜƏMMA


Azərbaycan Prezident Administrasiyasına məxsus president.az saytında dərc olunan rəsmi xəbərə nəzər salaq:
Mərdan Talıb oğlu Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12 noyabr 2019, 12:42
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2019-cu il.
Xəbərə fikir verdinizmi..?
İli, günü, hətta saatı bəli: 12:42.
İndi ikinci rəsmi bir sayta Zərdab Rayon İcra Hakimiyyətinin saytına ( zerdab-ih.gov.az ) nəzər salaq:
Prezidentin sərəncamı ilə Camalzadə Mərdan Talıb oğlu Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İndi özünüz nəticə çıxardın.
Söhbət sosial şəbəkədə hansısa iştirakçının, yaxud bloqqerin səhifəsindən getmir ee….
Cənablar, söhbət Prezident Administrasiyasının və Zərdab Rayon İcra Hakimiyyətinin rəsmi saytından ( fikir verdiniz də…gov.az, yəni HÖKUMƏT ) gedir.
Birində, Mərdan Camalov, o birində Mərdan Camalzadə.
Deməli, Mərdan Camalzadə Prezidenti aldadıb..?
Qoy bu barədə cənab Camalov-Camalzadənin özü danışsın və Gündəlik-Bakının sualına cavab versin.
Ümumiyyətlə, Gündəlik-Bakı olaraq xeyli müddətdir ki, 14 il ( 2005-2019-cu illər ) Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, son 3 ildə isə Zərdab rayon İcra Hakimiyyətinin başçısı olan Mərdan Camalov barədə yazırıq, ona konkret suallar ünvanlayırıq. O isə suallara cavab vermək əvəzinə məhkəməyə üz tutmağa üstünlük verir.
Ümumiyyətlə, kənddə coğrafiya müəllimi işləyən Mərdan Camalovun birdən Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər işinə düzəlməsi vallah ironiyadır.
Hansı özünə hörmət qoyan müəllim, işini atıb “svarşik” işinə gedərdi.
Deməli, ortada nə isə olub. Deyilənə görə həmin dövrdə Camalovun məktəbdə çox böyük, açılası bir o qədər də məsləhət bilinməyən problemi olub və ona məsləhət biliblər ki, get "kamxoz"da işlə, məsələlər yaddan çıxsın, sonra bir şey fikirləşərik. Camalov razılaşır və olur "svarşik". Bu barədə sonrakı yazılarımızda bəhs edərik.
Hələ bu harasıdır..?
Bir müddət sonra Mərdan Camalov çilingərliyi buraxıb “Azneft”də vışka quraşdırmaqla məşğul oldu.
Həə, indi gəlirik mətləb üstünə.
Belə ki, Mədran Camalovun qardaşı , “Azəneft”in rəisi olan rəhmətlik Yavər Camalov qardaşını sürüşdürə-sürüşdürə vəzifəyə gətirirdi.
Və Mərdan Camalov Şirvanın icra başçısı olan kimi nəinki yer altındakı qaz turbalarını, həm də torpaqları satmağa başladı.
Təsəvvür edirsiniz, Mərdan Camalov bibisi qızı Əzizbikənin narkotik satışına görə həbs olunan oğluna şəhərin H.Əliyev prospektində, “Vosmoy” adlanan ərazidən mağaza yeri verdi, həm də tikdirdi.
Mərdan Camalov Şirvanın icra başçısı olanda oğlu Samir Camalova Heydər Əliyev adına parkda “Şəlalə” adlı çayxana, şahmat məktəbini götürərək telefon mağazası açıb və illərdir ki işlədir.
Bəli, Mərdan Camalov Şirvanın çox hissəsini özəlləşdirərək, bacanağı, həm də dayısı, keçmiş kollec direktoru, Nəsimi rayon hərbi komissarı Seymur müəllimin atası, Balamirzə Məmmədova Heydər Əliyev adına muzeyin binasını bağışlayıb. O da öz növbəsində binanı “Rabitə bank”ın Şirvan filialına icarəyə verib, miqrasiya xidmətinin yanında 2 mərtəbəli avtoyuma və çayxana, kənd evlərində köhnə hamamını ələ keçirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində bəlli oldu ki, Mərdan Camalov Şirvan şəhər telekomunikasiya qovşağından çıxarılan, dəyəri 500 min manat olan qiymətli metallara şərik olublar.
Mərdan Camalov hətta dünyanı bəlaya salan koronavirusdan da pul qazanıb, sahibkarları incidir, iş adamlarına sanki zülm edir.
Mərdan Camalov haqqında mediada nələr yazılmayıb..?
Şəhidin atasına kəllə atmağından, Ulu Öndərin Anım günündə qırmızı geyinməsindən, iş istəyən şəhidin həyat yoldaşına “azz, zırıldama…” deməsindən və daha nələrdən…
Mərdan Camalov şəhid ailələri üçün tikilən binadakı mənzilləri müxtəlif şəxslərə verib.
Ötən yazımızda qeyd etdiyimiz kimi, Mərdan Camalovun qardaşı Kamil Şirvanda bütün günü “çəkə-çəkə” o yana gedir, bu yana gedir...
Şirvan camaatı deyir ki, Mərdan Camalovun qohumu Əmiş Şirvanda narkotik paylamaqla məşğuldur, barondur.
Hətta Əmişin arvadı da “mal” satmaqla məşğuldur.
İndi görürsünüzmü, medianı məhkəmə ilə hədələyən Mərdan Camalov hansı bataqlığın içərisindədir.
Deməli, Mərdan Camalov düzələn deyil.
Atalar demişkən, qozbeli, qəbir…daha doğrusu, Kürdəxanı düzəldər.
Hazırlaş, yoldaş Camalov…
Yazıda müxtəlif saytların yazılarından istifadə olunmuşdur.
P.S Hörmətli Mərdan Camalov, elə hər şeyə diqqət edənsənsə Pirverdinin oğlu Azadı, bir də onun bacısı oğlu İlqarı çağır, tənbeh et.
//gundelik-baku.com//

Tarix: 30-04-2022, 11:34
Xəbəri paylaş





Xəbər lenti