Gəncə təhsilini yarıtmışdı, indi də regional təhsilin ÜZÜNÜ AĞARDACAQ... - ETİRAZ
Əməkdar müəllim, şair, ictimai xadim Həsənov İlham Musa oğlu ölkə rəhbərliyinə müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mənim deməyə daha sözüm yoxdu. Belə çıxır ki, "Soros" Azərbaycanda YAP-dan güclü imiş. Çünki YAP-ın və digər nüfuzlu qurumların "Soros"a gücü çatmadı. Fakt odur ki, "Soros"a xidmət edən, "Soros"un köməkliyi ilə təhsil alan, adi vətən borcunu yerinə yetirməyən, YAP-a qarşı təxribat aparan, təhsildən xəbəri olmayan, Kənd təsərrüfatı mütəxəssisi Anar Qədiməliyev Emin Əmrullayevin təkidiylə Gəncə regional təhsilinə rəhbər qoyulur.
Ancaq Gəncəbasarda kifayət qədər tanınan, veteran YAP-çılardan biri, şair, Əməkdar müəllim, ictimai xadim İlham Həsənovu isə 65-yaşı bəhanə edib qərəzli şəkildə işdən çölə atırlar.
Deməli, mənim günahım odur ki, bunların nöqteyi-nəzərindən ulu öndər Heydər Əliyevi dəstəkləməyim və sizi ürəkdən sevməyim olub. Bunlar sadəcə olaraq bu fikri açıq- aşkar deyə bilmirlər. Nəticə etibarıyla mən və mənim kimi adamlar "Soros"un qarşısında aciz qalmışıq. Onsuz da bütün Azərbaycan xalqına məlumdur ki, Emin Əmrullayev nazir olduğu iki il müddətində Azərbaycan təhsilini şikəst edib. Belə çıxır ki, bundan sonra da düşünülmüş formada təhsili məhv edəcəklər".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...