Tərtərin icra başçısı vətəndaşları qəbul edib


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 25 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.
Siam.az xəbər verir ki, qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, yeni subartezian quyusunun vurulması, pay torpaqlarının zəbt olunması, ünvanlı sosial yardım və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tarix: 24-05-2022, 22:08
Xəbəri paylaş





Xəbər lenti