Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 30 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub. Siam.az xəbər verir ki, qəbula gələn vətəndaşlardan Məhbubə Səfərova, Tacir İbişov, İlyas Əliyev, Vidadi Hüseynov, Tövhə Məmmədova, Əzizə Quliyeva, Pakilet İsmayılova, Səmərqə Abbasova Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Buruc kənd sakini Xanlar Məmmədov, Qazyan kənd sakini Müzəffər Ələkbərov, fermer Adil Paşayev yeni subartezian quyusunun qazılması, Qasım Abdullayev, Tərlan Aslanova işlə və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib. Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.